Uzun fasilədən sonra Gürcüstan və Rusiya nümayəndələrinin görüşü olub
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Tbilisi, 19 noyabr, AZƏRTAC
Noyabrın 19-da Gürcüstan Baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Giorgi Zurabaşvili Minskdə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə ilk görüşünü keçirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumət administrasiyası məlumat yayıb.
Bildirilib ki, görüşdə tərəflər ticarət-iqtisadi və mədəni-humanitar əlaqələrin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin, bu sahələrdə mövcud olan çətinliklər müzakirə edilib və bir sıra razılaşmalar əldə olunub.
Konkret nəticələrə nail olmaq üçün dialoqun davam etdirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə, həmçinin regiondakı təhlükəsizlik vəziyyəti müzakirə olunub. Gürcüstan və Rusiya arasında mövcud məsələlərin həlli, eləcə də təhlükəsizlik və humanitar məsələlərin müzakirəsi üçün əsas format kimi Cenevrə beynəlxalq danışıqlarının əhəmiyyəti xüsusi qeyd edilib.
Tərəflər dialoqu yuxarıda qeyd olunan format çərçivəsində davam etdirmək barədə razılığa gəlib, ilk görüşün təşkilinə göstərdiyi dəstəyə görə Belarus tərəfinə təşəkkür ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 19 Noyabr 2026 22:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















