Icma.az
close
up
RU
Türkmənistan XİN ABŞ ın səfər qadağasına münasibət bildirib

Türkmənistan XİN ABŞ ın səfər qadağasına münasibət bildirib

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkmənistanın Xarici İşlər Nazirliyi mətbuatda bu ölkənin vətəndaşlarının ABŞ-a səfərlərinə qadağa qoyulması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
APA xəbər verir ki, nazirlik bu kimi xəbərlərin anlaşılmazlıq və narahatlıq doğurduğunu açıqlayıb.
Rəsmi məlumatda, həmçinin, Türkmənistanın neytral dövlət olduğu və bu statusun BMT-nin Baş Assambleyası tərəfindən üç dəfə rəsmən tanındığı, o cümlədən miqrasiya sahəsindəki norma və qaydalara ciddi şəkildə əməl etdiyi bildirilib:
“Bu kontekstdə Türkmənistanın BMT-nin qaçqınların və vətəndaşlığı olmayan şəxslərin hüquqi, sosial, humanitar normalarına dair konvensiyalarına əməl etdiyinə dair təcrübəsi dünyada nümunə göstərilə biləcək məsələlərdəndir. Bu barədə BMT və digər nüfuzlu beynəlxalq təşkilatların çətiri altında keçirilən forumlarda dəfələrlə məlumat verilib. Eyni zamanda Türkmənistan ikitərəfli razılaşmalar və əməkdaşlıq çərçivəsində vətəndaşların ölkə ərazisinə giriş-çıxışına dair problemləri qarşılıqlı olaraq nəzərdən keçirir, bu da ki maraqlı tərəflərin qanunvericiliyinə əməl olunmasına imkan verir”.
Sənəddə ayrı-ayrı şəxslərin ölkəyə giriş-çıxışla bağlı qadağaların tətbiq edilə biləcəyi hallar da göstərilib:
“Türkmənistan tərəfi qətiyyətlə əmindir ki, göstərilən məhdudiyyət tədbirləri xarici ölkənin vətəndaşı tərəfindən kobud qanun pozuntularına yol verilməsi halında tətbiq edilir. Bu məqamda xüsusilə qeyd edilməlidir ki, Amerika Birləşmiş Ştatlarının ərazisinə səfər edən Türkmənistan vətəndaşları qanunvericiliyin tələblərinə yüksək səviyyədə əməl etmələri ilə fərqlənir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Türkmənistanın Xarici İşlər Nazirliyi qəbul edilən qərarın geniş istiqamətlərə malik Türkmənistan – ABŞ əməkdaşlığının doğurduğu yüksək nəticələri, habelə münasibətlərin inkişafının müsbət göstəricilərini nəzərə almadan atılan tələskən addım olduğunu bəyan edir”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 12 ölkənin vətəndaşlarına Amerika Birləşmiş Ştatlarına daxil olmağı qadağan edən fərman imzalayıb. ub.

Ağ Evin rəsmi saytında dərc olunn sənəddə göstərilir ki, tam giriş qadağası Əfqanıstan, Birma, Çad, Konqo, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşlarına şamil olunur.

Bundan əlavə, bəzi məhdudiyyətlər isə Burundi, Kuba, Laos, Syerra-Leone, Toqo, Türkmənistan və Venesuela vətəndaşları üçün tətbiq ediləcək

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://apa.az
archiveBu xəbər 10 İyun 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri