Icma.az
close
up
RU
İsazadə: Putin və Zelenskinin həyatına təhlükə real deyil

İsazadə: Putin və Zelenskinin həyatına təhlükə real deyil

Icma.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.

“Ukrayna ordusunun Rusiya prezidenti Vladimir Putinin iqamətgahına hücum etməsi haqda Rusiya rəsmiləri fikirlər səsləndirir, amma fakt göstərmirlər. Bildiyim qədər, Rusiya prezidentinin ölkənin müxtəlif regionlarında ondan çox iqamətgahı var. Hansısa bir regionda Ukraynaya aid dronların görünməsi hələ orada yerləşən prezident iqamətgahına hücum demək deyil. Mənə elə gəlir ki, bu, sadəcə, Rusiya tərəfinin bəhanəsidir. Bununla Rusiya tərəfi danışıqlardan və razılaşmalardan yayınmaq istəyir”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında hərbi ekspert Azad İsazadə Ukraynaya aid dronların prezident Putinin Novqoroddakı iqamətgahına hücum etməsinə dair məlumatları şərh edərkən deyib.

Azad İsazadə əlavə edib ki, ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə Rusiya-Ukrayna danışıqları mahiyyətindən daha çox imitasiya xarakteri daşıyır: “Tərəflərdən heç biri prezident Trampa birinci “yox” demək istəmir, odur ki, sülh danışıqları davam edir. Amma bu danışıqlar daha çox zaman itirmək mənasını verir və hansısa yekun sülhə gətirib çıxaracağına inam azdır. Üstəlik, İsrail-Fələstin danışıqları və əldə olunan sülh razılaşmadan sonra baş verənlər göstərdi ki, belə danışıqlar konkret sülhə gətirmir. Yəni bu formada irəliləməklə real sülhə nail olmaq çətindir. Rusiya da bu mərhələdə elan edir ki, onun liderinin iqamətgahına hücum olub”.

Hərbi ekspertin fikrincə, bu, hücumların növbəti mərhələyə keçəcəyi, tərəflərin bir-birinin dövlət rəhbərini aradan götürməyə cəhd göstərəcəyi mənasını vermir: “Rusiya tərəfi bilsə ki, Ukrayna prezidenti Vladimir Zelenski hansısa binadadır, onu vurar. Ukrayna da bunu edə bilər. Lakin iş ondadır ki, həm prezident Putin, həm də prezident Zelenski çox ciddi şəkildə mühafizə olunur və hərəkət edirlər. Odur ki, mən onların həyatına hansısa real təhlükə görmürəm”.

Nemət ORUCOV

Reyting.az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://reyting.az
archiveBu xəbər 30 Dekabr 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri