Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

İnfluencer və blogerlər vergi ödəməlidirmi? Ekspertlər danışır

İnfluencer və blogerlər vergi ödəməlidirmi? Ekspertlər danışır

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Son günlər sosial mediada bəzi yerli influencer və blogerlərin reklam tarifləri gündəmə gəlib. Paylaşılan məlumatlara əsasən, stori reklamları 1000 manatdan başlayır, post və reels qiymətləri isə 3000-5000 manat aralığında dəyişir.

Bu rəqəmlər fonunda əsas müzakirə mövzusu isə influencer və blogerlərin bu gəlirlər üzrə rəsmi şəkildə vergi ödəyib-ödəmədikləri məsələsidir.

 Bəs onların vergi yükü hansı meyarlarla müəyyənləşdirilməlidir və bu sahədə nəzarət ilə şəffaflıq necə təmin oluna bilər?  

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli vurğulayıb ki, onlar kiçik sahibkar kimi qeydiyyata düşməli, VÖEN almalı və dövriyyələrinə uyğun olaraq vergi ödəməlidirlər:

“Əslində, bu prosesdə çətin bir şey yoxdur. Amma nəzarətdə saxlamaq da hər zaman asan deyil. Düşünürəm ki, əgər onların qeyri-rəsmi gəlirləri ilə bağlı konkret məlumatlar dəqiqləşərsə, bu zaman hüquqi məsuliyyət məsələsi ortaya çıxa bilər. Elə bu cür halların qarşısını almaq üçün əvvəlcədən VÖEN açmaları və vergi ödəmələri vacibdir.

Ümumiyyətlə, bu sahədə rəqabət varsa, şəffaflıq da mümkündür. Rəqabət şəraiti həm bazar iştirakçılarını qaydalara əməl etməyə, həm də fəaliyyətlərini rəsmi şəkildə qurmağa sövq edir”.

Gununsesi.info-ya danışan PR və marketinq mütəxəssisi Abbasəli Hüseynov bildirib ki, məsələni belə şərh edib:

“Buna görə  təkcə vergi yox, ümumilikdə reklam bazarının strukturundan yanaşmaq lazımdır:

Qiymətlərin real bazar əsasları varmı?
Bəli, bu qiymətlər bəzən yüksək görünə bilər, lakin unutmayaq ki, influencer marketinqi artıq klassik televiziya reklamları ilə rəqabət aparan bir sahəyə çevrilib. Xüsusilə, 100 min və daha çox izləyicisi olan, spesifik niş auditoriyaya sahib influencerin bir paylaşımı on minlərlə insanla birbaşa və orqanik ünsiyyət qurmaq imkanı yaradır. Bu da brendlər üçün böyük üstünlükdür.

Lakin əsas problem qiymətlərin şəffaf olmaması və istifadə olunan ölçü vasitələrinin (reach, engagement, satışa təsir) qeyri-müəyyənliyidir. Influencerlər çox zaman izləyici sayına əsaslanaraq özlərinə qiymət müəyyən edirlər, halbuki brendləri maraqlandıran əsas məsələ real nəticələr – yəni investisiyanın geri dönüşü (ROI) olur.

Vergitutma necə olmalıdır? – Türkiyə, Rusiya və Gürcüstan nümunələri

Bu sahədə beynəlxalq təcrübə maraq doğurur:

Türkiyə: 2022-ci ildən etibarən sosial media gəlirləri ilə bağlı xüsusi qanun qəbul olunub. İnfluencerlər sadələşdirilmiş vergi rejimindən istifadə edir və illik 640 min TL-yə qədər gəlir əldə edən şəxslər 15% stopaj vergisi ödəyir. Onlar üçün ayrıca “dijital içerik üreticisi” kateqoriyası yaradılıb. Rusiya: 2021-ci ildən başlayaraq dövlət YouTube, TikTok, Instagram kimi platformalardan gəlir əldə edən şəxsləri nəzarətə götürüb. 2022-ci ildə vergi orqanları 10 minə yaxın influenceri yoxlamaya cəlb etmişdi. Burada həm fiziki şəxslər, həm də fərdi sahibkar kimi qeydiyyatdan keçən kontent yaradıcıları üçün müxtəlif vergi modelləri mövcuddur. Gürcüstan: Bu ölkədə sahə daha erkən dövrdə hüquqi əsaslara oturdulub. Rəqəmsal kontent yaradıcıları fəaliyyətlərini “mikro biznes” kimi qeydiyyatdan keçirdikdə, illik dövriyyələri 30,000 laridən aşağı olduqda 0% vergi ödəyirlər. Bu isə həm rəsmi fəaliyyət imkanı yaradır, həm də reklamverənlər üçün şəffaflıq təmin edir. Marketoloqun təklifi: sistemli, şəffaf və ölçülə bilən model

Marketinq mütəxəssisi olaraq hesab edirəm ki, aşağıdakı məsələlər bu sahədə sistemli inkişaf üçün vacibdir:

Şəffaflıq və ölçülə bilənlik: Hər influencer platformasında konkret göstəricilər – izləmə sayı (reach), klik, satış dönüşü və s. – aydın şəkildə ölçülə bilməlidir. Qeydiyyat və sadələşdirilmiş vergi sistemi: Məsələn, ildə 30,000 manatdan çox reklam gəliri olan hər bir şəxs sadələşdirilmiş vergi rejiminə cəlb edilməlidir. Brendlər üçün vahid platforma: Influencerlərlə əməkdaşlıq etmək istəyən şirkətlər üçün dövlət və ya özəl qurumlar tərəfindən tənzimlənən reyestr və reyting sistemi yaradılmalıdır. Maarifləndirmə: Təəssüf ki, bir çox bloqer və influencer bu işin hüquqi və vergi aspektlərindən xəbərsizdir. Bu sahədə KİV-lər, PR və marketinq assosiasiyaları tərəfindən maarifləndirmə kampaniyaları həyata keçirilməlidir”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Avqust 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see451

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see413

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see295

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see293

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see287

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see260

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see257

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see244

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see229

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see226

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see222

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see222

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see210

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see208

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see206

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see204

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see202

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see201

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see187

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri