Messi klubunu dəyişir?
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Argentinalı ulduz futbolçu Lionel Messinin yanvarda “İnter Mayami”dən ayrılaraq ölkəsinin “Nyuells Old Boyz” klubuna keçəcəyi ilə bağlı xəbərlər yayılıb.
“Qafqazinfo” xəbər verir ki, məşhur insayder Fabritsio Romano bu iddiaları təkzib edib.
Onun sözlərinə görə, hazırda Messinin ABŞ klubundan ayrılacağını düşünmək üçün heç bir əsas yoxdur. 39 yaşlı hücumçunun 2028-ci ilə qədər qüvvədə olan müqaviləsini başa çatdırmaq niyyətində olduğu bildirilir.
Romano qeyd edib ki, Messi “İnter Mayami”dəki mövqeyindən tam razıdır, ailəsi də Mayamidə özünü rahat hiss edir.
Qeyd edək ki, Messi cari mövsümdə “İnter Mayami”nin heyətində bütün turnirlərdə 34 oyuna çıxıb, 29 qol vurub və 15 məhsuldar ötürmə edib.
Baxış sayı:114
Bu xəbər 30 Oktyabr 2026 20:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















