Icma.az
close
up
RU
İnfluenserlər yeni tələblərə əməl edirlərmi? CAVAB

İnfluenserlər yeni tələblərə əməl edirlərmi? CAVAB

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Mayın 22-dən ölkədə rəqəmsal platforma təsirçisilərinin, başqa sözlə desək, influenserlərin, bloqçuların sosial media hesablarından etdiyi reklamlarla bağlı yeni tələblər qüvvəyə minib. Tələblərə əməl etməyənlərlə bağlı ciddi cərimələr nəzərdə tutulub. Qanun qüvvəyə minəndən bəri ölkəmizdə influenserlərin fəaliyyətində hansısa dəyişiklik müşahidə olunurmu? Cəzalandırmalar, xəbərdarlıqlar başlayıbmı? Ümumiyyətlə qanun qüvvəyə minəndən sonrakı vəziyyət necədir?

News24.az xəbər verir ki, Medianews.az bu suallarla elektron ticarət və innovativ biznes həlləri üzrə ekspert Nicat Manafova müraciət edib.

N.Manafov bildirib: “Hələ ki, rəqəmsal platforma təsirçilərinin əksərinin qanunvericiliyə əməl etmədiyini görürük. Xüsusən də influenserlərin. Onlar hələ ki, “story”lərdə, postlarda reklam zamanı qanunun tələb etdiyi məlumatları ya heç yazmırlar, ya da sezilə bilməyəcək dərəcədə kiçik şriftlərlə, xırda həştəqlərlə, az qala gözəgörünməz rənglərlə qeyd edirlər. Görünən odur ki, bəzi tədbirlərin həyata keçirilməsi zəruridir. Əks halda bizim bəzi influenserlər qanun yeni tələblərini ciddiyə almayacaqlar.

Deyərdim ki, hazırda qanun pozuntusu kütləvi şəkildə davam edir. Rus dilindəki reklamları da bu qanun pozuntuları sırasına aid etmək gərəkdir. Çünki həm dövlət dili ilə bağlı normativin, həm reklam qanunvericiliyinin pozuntusudur. Təəssüflər olsun ki, böyük əksəriyyət qanuni tələblərə əməl etmir. Amma düşünürük ki, inzibati tədbirlər görüldükcə yavaş-yavaş qanuna riayət olunacaq”.

Xatırladaq ki, mayın 22-də Prezident İlham Əliyevin dörd qanuna dəyişikliyi təsdiqləyib. Həmin qanunlar bunlardır: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun, “Üzümçülük və şərabçılıq haqqında” qanun, “Dərman vasitələri haqqında” qanun və “Reklam haqqında” qanun.

Bu dəyişikliklər nəticəsində “reklam daşıyıcısı olan rəqəmsal platforma reklamları” (reklamın yayımlanması üçün istifadə olunan internet informasiya ehtiyatı, informasiya-telekommunikasiya şəbəkəsi və ya onların mobil tətbiqləri) “Reklam haqqında” qanunun tənzimləmə dairəsinə daxil edilib. Bu tənzimlənmə o halda tətbiq ediləcək ki, reklam Azərbaycan ərazisində olan reklam istehlakçılarına ünvanlansın.

Dəyişiklik nəticəsində maddi qazanc qarşılığında öz nüfuzundan istifadə etməklə reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam fəaliyyətini həyata keçirən şəxslərin statusu və onlar tərəfindən verilən rəqəmsal platforma reklamlarına dair tələblər müəyyən edilib. Qanuna yeni “rəqəmsal platforma təsirçisi” anlayışı gətirilib və onlar reklam subyekti kimi tanınıb. Bununla da reklam subyekti üçün müəyyən edilmiş hüquqların, vəzifələrin və məsuliyyətin rəqəmsal platforma təsirçisinə də şamil edilməsi təmin edilib.

Rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam yayımına dair bir sıra tələblər (reklam yayımının “reklam”, “reklam hüququ əsasında”, “sponsorluq” və ya “tərəfdaşlıq” qeydi ilə müşayiət olunması, İstehlakçılara müvafiq məlumatların, o cümlədən reklamverici barədə məlumatların verilməsi) və qadağalar (reklam olunan əmtəə barədə məlumat vermək üçün saxta hesablar yaratmaq, özünün istehlak etmədiyi əmtəəni istehlak etməsi barədə yanlış təsəvvür yaratmaq) da müəyyən edilib.

Hazırda istehsalının (satışının) lisenziyalaşdırılması, sertifikatlaşdırılması üçün məcburi tələb olan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və (və ya) sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir. Qəbul olunub ki, reklam daşıyıcısının xüsusiyyətlərinə görə bu məlumatların göstərilməsi mümkün olmadıqda, müvafiq lisenziyanın və (və ya) sertifikatın olması barədə məlumat verilməli və reklam istehlakçısının müvafiq məlumatla tanış olması üçün şərait yaradılmalıdır.

Həmçinin rəqəmsal platforma təsirçisinin reklam subyektləri sırasına daxil edilməsi ilə əlaqədar olaraq “Dərman vasitələri haqqında” qanuna dəyişiklik edilib. Bu dəyişikliyə əsasən reklam olunan dərman və tibb vasitəsinin, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının reklamvericisi rəqəmsal platforma təsirçisinə onun tələbi əsasında müvafiq zəruri sənədləri təqdim etməlidir.

Bununla bərabər, tündlüyü 5%-dən yuxarı olan alkoqollu içkilərin rəqəmsal platforma təsirçisi tərəfindən rəqəmsal platformada reklamı qadağan edilib.

Qanuna təkmilləşdirmə və dəqiqləşdirmə üçün də bir sıra dəyişikliklər edilib və vurğulanıb ki, məqsəd istehlakçıların hüquqlarının qorunması, habelə reklam fəaliyyətinə dövlət nəzarətinin gücləndirilməsidir.

Qeyd edək ki, “rəqəmsal platforma təsirçisi” “influencer” sözünün ingiliscədən tərcüməsi kimi anlaşılmalıdır. Yəni “influencer”lər artıq Azərbaycanda rəsmən “rəqəmsal platforma təsirçisi” kimi tanınıb. İfadə qısa formada “təsirçi” kimi də işlənə bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:249
embedMənbə:https://news24.az
archiveBu xəbər 27 May 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri