Icma.az
close
up
RU
İnfluenserlər reklamları bəyan etmir, bu, qanunsuzdur Fərid Pərdəşünas

İnfluenserlər reklamları bəyan etmir, bu, qanunsuzdur Fərid Pərdəşünas

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bir müddət öncə "Reklam haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun təsdiqləndi. Bu dəyişikliklər nəticəsində "reklam daşıyıcısı olan rəqəmsal platforma reklamları" (reklamın yayımlanması üçün istifadə olunan internet informasiya ehtiyatı, informasiya-telekommunikasiya şəbəkəsi və ya onların mobil tətbiqləri) "Reklam haqqında" qanunun tənzimləmə dairəsinə daxil edilib. Bu tənzimlənmə o halda tətbiq ediləcək ki, reklam Azərbaycan ərazisində olan reklam istehlakçılarına ünvanlansın.
Dəyişiklik nəticəsində maddi qazanc qarşılığında öz nüfuzundan istifadə etməklə reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam fəaliyyətini həyata keçirən şəxslərin statusu və onlar tərəfindən verilən rəqəmsal platforma reklamlarına dair tələblər müəyyən edilib. Qanuna yeni "rəqəmsal platforma təsirçisi" anlayışı gətirilib və onlar reklam subyekti kimi tanınıb. Bununla da reklam subyekti üçün müəyyən edilmiş hüquqların, vəzifələrin və məsuliyyətin rəqəmsal platforma təsirçisinə də şamil edilməsi təmin edilib.
Bəs sözügedən qanuna bu gün influenserlər əməl edirlərmi?
Bu barədə Demokrat.az-a danışan tanınmış texnobloqer Fərid Pərdəşünas bildirib ki, hazırda faktiki olaraq bu qanuna əməl edilmir:

“22 mayda “Reklam haqqında” qanunda dəyişiklik edilib, qanuna nəzarət mexanizmi Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə verilib. Amma təəssüf ki, influenserlərin bir çoxu ilk vaxtlarda bu qanuna əməl etməyə çalışsalar da, sonradan etmədilər. Öz düşüncələrinə görə bu qanun onlara mənasız gəlir, əməl etmək istəmirlər. Ümumiyyətlə, qanunu başa düşmək istəmirlər. Onlar düşünür ki, bütün dünya haqsızdır, belə qanun olmamalıymış. Bu qanun bütün dünyada var, təkcə bizdə deyil. Həm özlərinə, həm izləyicilərinə hörmətsizlik edirlər.
Mən başa düşmürəm, nə olmalıdır ki, bunlar qanuna əməl etsinlər. Reklam edirsənsə, bu reklamı bəyan etməlisən ki, bilinsin reklamdır. İzləyicini aldatmağa nə gərək var? Bu şəxslərin həyatının böyük hissəsi reklam üzərində qurulub, bəyan etmirlər ki, çox reklamları olduğu bilinməsin. Amma bu, birbaşa qanun pozuntusudur”.
Cavidan Mirzəzadə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 Avqust 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri