Icma.az
close
up
RU
İnformasiya bolluğunda həqiqəti necə itiririk?

İnformasiya bolluğunda həqiqəti necə itiririk?

Icma.az bildirir, 525.az portalına istinadən.

İnformasiya heç vaxt bugünkü qədər əlçatan olmayıb. Bir neçə saniyə ərzində dünyanın istənilən nöqtəsində baş verən hadisədən xəbər tutmaq, müxtəlif mənbələrə müraciət etmək, fərqli fikirlərlə tanış olmaq mümkündür. İlk baxışdan bu, böyük üstünlük sayılsa da, əslində müasir dövrün qəribə paradoksu da məhz burada başlayır: informasiya artdıqca həqiqəti müəyyənləşdirmək bəzən daha da çətinləşir.

Bu gün insan səhər gözünü açan kimi telefonuna əl atır. Xəbərlər, sosial şəbəkə paylaşımları, videolar, şərhlər, müxtəlif iddialar... Gün ərzində minlərlə məlumatla qarşılaşırıq. Ancaq onların hansının doğru, hansının yanlış olduğunu müəyyənləşdirmək xeyli vaxt aparır. Əksər hallarda məlumatın mənbəyinə və etibarlılığına deyil, onun yaratdığı təəssürata üstünlük veririk. Diqqətimizi çəkən, emosiyalarımıza təsir edən, təəccübləndirən xəbər daha tez yadda qalır və daha sürətlə paylaşılır.

İnformasiya mühitində yaranan əsas problemlərdən biri də sürətin dəqiqliyi üstələməsidir. Bəzən bir hadisə ilə bağlı ilkin, yoxlanılmamış məlumatlar həqiqət kimi təqdim olunur. Sonradan təkzib verilsə belə, yanlış məlumat artıq geniş auditoriyaya çatmış olur. Çünki yalanın yayılma sürəti ilə həqiqətin təsdiqlənmə sürəti heç də həmişə eyni deyil. Sensasiyalı başlıqlar, kontekstdən çıxarılan fikirlər, köhnə görüntülərin yeni hadisə kimi təqdim edilməsi bu qarışıqlığı daha da artırır.

Texnologiyanın inkişafı məsələyə yeni çalarlar əlavə edib. Süni intellekt vasitəsilə yaradılan saxta fotoşəkillər, videolar və səslər bəzən gerçəklikdən seçilməyəcək dərəcədə inandırıcı görünür. Artıq təkcə oxuduğumuz xəbərin yox, gördüyümüz görüntünün də doğruluğunu sorğulamaq zərurəti yaranıb. Bu isə informasiya savadlılığını müasir insanın ən vacib bacarıqlarından birinə çevirir.

Problemin başqa bir tərəfi də insanların çox vaxt yalnız öz düşüncələrinə uyğun məlumatlara üstünlük verməsidir. Eyni hadisə haqqında fərqli mövqeləri dinləmək əvəzinə, mövcud fikirlərimizi təsdiqləyən xəbərləri seçirik. Nəticədə informasiya bizi daha çox məlumatlandırmaq əvəzinə, bəzən düşüncə dairəmizi daraldır. Cəmiyyətdə qarşılıqlı anlaşmanın və etimadın zəifləməsinə də bu amil təsirsiz ötüşmür.

Bəs çıxış yolu nədir? İlk növbədə, hər yayılan xəbəri mübahisəsiz həqiqət kimi qəbul etmək vərdişindən uzaqlaşmaq lazımdır. Məlumatın mənbəyini yoxlamaq, onu bir neçə etibarlı mənbə ilə müqayisə etmək, tarixə və kontekstə diqqət yetirmək vacibdir. Şübhə etmək hər şeyi inkar etmək deyil, həqiqətə çatmaq üçün düşünməkdir. Xüsusilə də məlumatı paylaşmazdan əvvəl onun doğruluğuna əmin olmaq hər birimizin məsuliyyətidir.

Əməkdar jurnalist, professor Qulu Məhərrəmli hesab edir ki, mütləq şəkildə insanların müəyyən bir bilik səviyyəsi olmalıdır ki, onlar mediada yayılan məlumatları qiymətləndirə, dəyərləndirə və doğru olanı seçə bilsinlər: "Bu gün insanlar yayılan məlumatın doğru, yoxsa yalan olduğunu, hansı məqsədlə yayıldığını və s. müəyyənləşdirə bilməlidirlər. Ona görə də media məlumatlarının qiymətləndirilməsi media savadlılığının əsas məqsədidir. Bu həm də geniş yayılmış sosial şəbəkələrdə davranış tərzini müəyyənləşdirir. Media savadlılığının dərinləşdirilməsinə ona görə ehtiyac var ki, biz fərdi məlumatlar ilə mediada yayılan məlumatları fərqləndirə bilək. Bu sahədə əsas məqsəd insanların mətbuatda yayılan məlumatları dəqiq qiymətləndirməsi, öz dünyagörüşlərini formalaşdıra bilməsidir. Bu gün Avropa ölkələrində, qardaş Türkiyədə media savadlılığı artıq on ildir ki, orta məktəblərdə dərs kimi tədris edilir. Məqsəd budur ki, insanlar mətbuatda yayılan məlumatları dəqiq qiymətləndirə bilsinlər, öz dünyagörüşlərini formalaşdıra bilsinlər".

Q.Məhərrəmli qeyd edib ki, saxta xəbərlər, xüsusilə "copy-paste" sistemində sürətlə və təhlükəli şəkildə yayılır, özünə auditoriya tapır. Sensasiya xatirinə, məqsədli formada da yayılır: "Dezinformasiyanın, məlumatların yalan və ya həqiqi olmasının yoxlanılması üçün xüsusi texnoloji vasitələrdən daha geniş istifadə edilməlidir. Media birinci növbədə həmin vasitələrdən istifadə etməlidir. Təcrübəli redaktorlar yenə öz sözünü deməlidir. Xəbərlərin səhihliyi həm redaktorlar, həm də yoxlama vasitələrinin köməyi ilə təhlil edilməli, ictimaiyyətə yalnız dəqiqliyi təsdiqlənmiş məlumatlar çatdırılmalıdır".

Texnobloger Fərid Pərdəşünas hesab edir ki, sosial mediada yayılan məlumatların doğruluğunu yoxlamaq üçün vətəndaşların hər hansı bir məlumatı qəbul etməzdən əvvəl onun mənbəyini araşdırması olduqca vacibdir: "Bunun üçün ilk növbədə yayılan məlumatın başlığını və ya qısa məzmununu internetdə axtarışa vermək lazımdır. Axtarış zamanı mütləq şəkildə bu məlumatın etibarlı xəbər portallarına və ya tanınmış media qurumlarına istinad edilib-edilmədiyinə diqqət yetirilməlidir. Eyni zamanda, həmin məlumatın bir neçə müstəqil və etibarlı mənbədə təsdiqlənib-təsdiqlənmədiyini yoxlamaq lazımdır. Sözügedən mövzu ilə bağlı müvafiq dövlət qurumlarının rəsmi açıqlama verib-vermədiyini araşdırmaq da vacibdir. Bu yolla insanların dezinformasiyaya məruz qalma ehtimalı azalar və onlar daha doğru məlumat əldə edə bilərlər".

Azərbaycanda da media savadlılığının artırılması istiqamətində müəyyən addımlar atılır. Medianın İnkişafı Agentliyinin müxtəlif ümumtəhsil müəssisələrində təşkil etdiyi təlimlər və açıq dərslər bu sahədə maarifləndirmə işinin genişləndirilməsinə xidmət edir. Bununla belə, media savadlılığının yalnız ayrı-ayrı tədbirlərlə məhdudlaşmaması, təhsil prosesində daha sistemli şəkildə təşviq edilməsi vacibdir.

İnformasiya bolluğu özlüyündə cəmiyyətin daha məlumatlı olması demək deyil. Əsas məsələ məlumatı seçmək, təhlil etmək və ondan düzgün nəticə çıxarmaq bacarığıdır. Texnologiya nə qədər inkişaf etsə də, həqiqəti axtarmaq və onu yalandan ayırmaq məsuliyyəti insanın öz üzərində qalır. Bəlkə də bu gün ən böyük ehtiyacımız daha çox informasiya deyil, daha çox düşünməkdir.

SEVİNC

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Noyabr 2026 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri