Icma.az
close
up
RU
İnformasiya dəyərlərin qorunması prioritetə çevrilir

İnformasiya dəyərlərin qorunması prioritetə çevrilir

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna edilən dəyişiklik cəmiyyətimizin təməlini təşkil edən dəyərlərin qorunmasına xidmət edir. Belə ki, son illərdə informasiya məkanında, xüsusilə sosial şəbəkələrdə cəmiyyətin mənəvi dəyərlərinə zidd olan davranış nümunələrinin yayılmasının şahidi oluruq. Onlar cəmiyyətin üzləşdiyi yeni çağırışların, xüsusilə də sürətlə dəyişən informasiya mühitinin yaratdığı risklərin nəticəsidir.
Bu gün gənclər təkcə ailədən və məktəbdən deyil, əsasən sosial şəbəkələrdən “tərbiyə alırlar”. Qısa videolar, trend adlanan davranışlar, baxış sayı uğrunda aparılan yarış gənclərin düşüncə tərzini formalaşdırır. Təəssüf ki, bu tendensiyaların bir hissəsi aqressiyanı, laqeydliyi, məsuliyyətsizliyi və əxlaqa zidd davranışları norma kimi təqdim edir.
Yeni bir təhlükəli yanaşma formalaşıb: “hamı edirsə, deməli, normaldır”. Gənclər bəzən düşünmürlər ki, bu paylaşımların arxasında diqqət cəlb etmək, reytinq toplamaq və əksər hallarda da kommersiya maraqları dayanır. Sosial şəbəkələrin alqoritmləri isə məhz bu cür qalmaqallı və sərhədsiz məzmunu daha sürətlə yayır.
Bu cür sosial dəyərlər, daha doğrusu, dəyərsizləşmə  uşaqlar və yeniyetmələr üçün çox təhlükəlidir. Çünki formalaşmaqda olan düşüncə bu davranışları həyat modeli kimi qəbul edir. Nəticədə ailə anlayışı zəifləyir, hörmət anlayışı itir, məsuliyyət isə arxa plana keçir.
Gənclər bizim gələcəyimizdir. Sabah ailə quracaq, valideyn olacaq, cəmiyyətin əsas dayağına çevriləcək insanlar məhz onlardır. Ailə institutunun və sağlam gələcəyin qorunması isə bu gün düzgün nümunələrin təbliğindən başlamalıdır.
Burada dil məsələsi də xüsusi əhəmiyyət daşıyır. Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də düşüncə formasıdır. Dilin təhrif olunması davranışın, münasibətlərin və dəyərlərin təhrif olunmasına gətirib çıxarır. Gənclər bunu görərək böyüyür və bunu norma kimi qəbul edirlər.
Məhz buna görə də bu dəyişikliklər vaxtında atılmış addımdır. Məqsəd cəzalandırmaq deyil, qorumaqdır. Məqsəd qadağa deyil, sağlam informasiya mühiti yaratmaqdır. Biz bu gün milli-mənəvi dəyərləri, - ailəni, hörməti, məsuliyyəti qorumasaq, sabah gec ola bilər.
Nigar Məmmədova
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Dekabr 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see370

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see332

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see327

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see319

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see317

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see313

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see305

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see298

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see295

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see270

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see264

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see254

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see247

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see247

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see243

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see230

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see211

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see206

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri