İş icazəsi ilə bağlı qaydalar dəyişir: Bu şəxslərə şamil olunacaq
Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Milli Məclisin bugünkü plenar iclasında əcnəbilərə və vətəndaşlığı olmayan bəzi şəxslərə müvəqqəti yaşamaq üçün uzunmüddətli icazə verilməsini nəzərdə tutan qanun layihəsi müzakirə olunaraq birinci oxunuşda qəbul edilib.
"Yeni Sabah" xəbər verir ki, bununla əlaqədar Miqrasiya Məcəlləsinə müvafiq dəyişikliklər təklif olunur.
Qanun layihəsinə əsasən, ölkədə iş icazəsinin alınması tələb olunmayan hallara münasibətdə subyektlər dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Təklifə görə, aqroparkın rezidenti olan hüquqi şəxslərin rəhbərləri və onların müavinləri, habelə həmin rezidentlər tərəfindən Azərbaycan ərazisində əmək fəaliyyətinə cəlb edilən və müvafiq sahədə təcrübəyə malik aqronomlar, bağçılıq üzrə mütəxəssislər və baytar həkimlər bu istisnalar dairəsinə daxil edilir. pizza mizza
Miqrasiya tənzimləmələri çərçivəsində sözügedən icazələrin 2027-ci il yanvarın 1-dən 2032-ci il yanvarın 1-dək olan dövrü əhatə etməsi planlaşdırılır.
Qanun layihəsi parlamentdə keçirilən müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda təsdiqlənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 27 Oktyabr 2026 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















