Icma.az
close
up
RU
İnformasiya savadlılığı: Media subyektlərinin düzgün maarifləndirmədə rolu KONKRET

İnformasiya savadlılığı: Media subyektlərinin düzgün maarifləndirmədə rolu KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fikir və söz azadlığının açdığı yeni üfüqlər media subyektlərinə geniş meydan verib. Senzuranın ləğvi, istənilən mənbəyə əlçatanlıq və öz fikrini sərbəst ifadə etmək demokratik cəmiyyətlərə xas olan keyfiyyətlərdir. Azərbaycanda da bu prinsiplər təmin olunub və azad mətbuat fəaliyyət göstərir.

Məsələ təkcə jurnalistlərin öz işinə peşəkar yanaşmasında deyil,  eyni zamanda oxucuların istehlak etdiyi informasiyaya münasibəti də önəmlidir. Burada ən əsas faktor informasiya savadlılığıdır. Ötürülən hər hansı informasiyaya obyektiv münasibət, xəbərin hansı mənbədən gəlməsi, istinad yeri də diqqətə alınmalıdır. Bəzən feyk xəbərlərin tirajlanması oxucuda fikir müxtəlifliyi yaradır və onda həmin informasiyanın həqiqiliyinə inam azalır. Bu məsələdə tənqidi düşünmək, xəbəri anlamaq da vacib şərtdir. Əgər ötürülən informasiyada hansısa şübhəli məqamlar varsa, onda onun analizi aparılmalı, belə bir hadisənin baş verə biləcəyi ehtimalının olub-olmaması götür-qoy edilməlidir. Eyni zamanda şübhə ilə yanaşılan informasiyalara alternativ mənbələrdən də nəzər salmaq vacibdir. Əksər hallarda sensasiya xatirinə yayılan dezinformasiyaları digər mətbuat orqanları özləri də bilməyərəkdən tirajlayır. Bu, ən çox düşmən tərəfin ötürdüyü informasiyalarla bağlıdır.

Ermənistan mətbuatında ölkəmiz əleyhinə yayılan dezinformasiyalar son illər daha çox yayılıb. Ermənilərin ölkəmizə qarşı apardığı kampaniyanın tərkib hissəsi olan informasiya müharibəsində hədəf  Azərbaycandır. Əsas məqsəd müxtəlif növ yalan məlumatların qarşı tərəfə ötürülməsidir.  Azərbaycan oxucusu belə məzmunlu xəbərlərlə tanış olanda dərhal anlamalıdır ki, bu, Ermənistanın ölkəmizə qarşı apardığı informasiya müharibəsinin bir hissəsidir. Məqsəd isə  Azərbaycanda ictimai rəyi çaşdırmağa hesablanıb. Ermənistanın bu siyasəti 44 günlük Vətən müharibəsində özünü daha çox göstərdi. Onlar 44 gün ərzində qalib gəldikləri və Azərbaycan Ordusunun darmadağın edilməsi barədə saxta xəbərlər tirajlayırdılar. 2020-ci il noyabrın 10-na qədər ermənilər uydurduqları yalana özləri də inanmışdılar. Lakin eməni mətbuatı informasiya hücumlarını sonrakı vaxtlarda davam etdirsələr də, uğurlu nəticə əldə edə bilmirdilər. Çünki Azərbaycan mətbuatı Ermənistan tərəfinin yaydığı feyk xəbərlərə vaxtında reaksiya verərək, onun geniş təhlilini aparır və düşmənin məkrli planını dərhal ifşa edirdi. Təəssüf ki,  Ermənistanın belə cəhdləri hələ də davam edir.

Deməli, informasiya savadlılığı prinsipinə həm jurnalistlər, həm də oxucular riayət etməlidir. Jurnalist həmkarlarımız “filtrdən keçirilməyən” informasiyaya xüsusi yanaşmalıdırlar. Eyni zamanda sosial media ilə rəsmi mediada yayılan xəbərlər ayırd edilməlidir. Bunları bir-birindən ayırmaq da informasiya savadlılığı tələb edir. Bunu təmin etmək üçünsə daha çox rəsmi və ciddi media subyektlərinə etibar edilməlidir.

Vəli Həsənoğlu,

KONKRET.az

https://medialiteracy.media.gov.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Dekabr 2024 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see278

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see264

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see249

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see212

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see204

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see182

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see182

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see179

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see169

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see168

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see166

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see161

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see160

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see156

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see155

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see149

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see149

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see148

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri