Icma.az
close
up
RU
Elm və təhsilin inteqrasiyası: İnformasiya Texnologiyaları İnstitutu ilə AzTU arasında əməkdaşlıq davam etdirilir

Elm və təhsilin inteqrasiyası: İnformasiya Texnologiyaları İnstitutu ilə AzTU arasında əməkdaşlıq davam etdirilir

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 11 iyul, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu istiqamətində müxtəlif tədbirlər həyata keçirir. Bu fəaliyyət elmi biliklərin tədris prosesinə transferi, gənc mütəxəssislərin hazırlanması və innovativ təfəkkürün təşviqi baxımından böyük əhəmiyyət kəsb edir. İnstitutun əməkdaşları mütəmadi olaraq ali təhsil müəssisələrində keçirilən akademik tədbirlərdə fəal iştirak edir, elmi rəhbərlik edir, eləcə də imtahan komissiyalarında təmsil olunmaqla bu prosesə töhfə verirlər.

AZƏRTAC xəbər verir ki, bu barədə AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev institutun Elmi şurasının iclasında İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Texniki Universiteti (AzTU) arasında “Elmi-tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsinə dair əməkdaşlıq haqqında” anlaşma memorandumunun icra vəziyyətinin monitorinqi haqqında çıxışı zamanı məlumat verib. O, ötən ilin yanvar ayında imzalanmış memorandumun tərəflər arasında müxtəlif sahələr üzrə münasibətlərin qurulması və inkişaf etdirilməsi, birgə elmi-tədqiqatın həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq çərçivəsinin müəyyənləşdirilməsi məqsədi daşıdığını söyləyib.

R.Alıquliyev birgə əməkdaşlıq çərçivəsində “AzScienceNet” tərəfindən AzTU-nun şəbəkə infrastrukturunun monitorinqinin aparıldığını və bir sıra təkliflərin işlənildiyini söyləyib. Qeyd edib ki, institutun əməkdaşları AzTU-da magistr dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış şuraların işində iştirak edib, eyni zamanda, İnformasiya Texnologiyaları İnstitutunda istehsalat təcrübəsi keçən AzTU-nun tələbələrinə rəhbərlik həyata keçirilib.

“İki qurumun alimlərinin bazasında yaradılmış dissertasiya şuralarının fəaliyyəti, elmi şuraların iclası, müdafiə proseslərində və sessiya imtahanlarında iştirak, magistrantlara və doktorantlara elmi rəhbərlik, ixtisasartırma kurslarının, eləcə də birgə respublika və beynəlxalq səviyyəli konfransların təşkili Memorandum çərçivəsində həyata keçirilən mühüm tədbirlərdəndir”, – deyə alim əlavə edib.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev çıxış edərək institutda qabaqcıl biliklərin paylanması, təhsilə ötürülməsi, yüksəkixtisaslı kadrların hazırlanması və s. istiqamətlərdə həyata keçirilən tədbirlərdən danışıb. Alim elm, təhsil və innovasiyanın inteqrasiyası naminə ali məktəblərlə elmi müəssisələrin birgə fəaliyyətinin böyük əhəmiyyət kəsb etdiyini söyləyib, bu çərçivədə AzTU ilə qurulan səmərəli innovativ əməkdaşlıq əlaqələrini, əldə olunan nəticələri yüksək qiymətləndirib. Akademik Rasim Əliquliyev hər iki qurumun üzərinə düşən vəzifələrin icrasına dair mütəmadi olaraq hesabatların hazırlanması, tədrisin keyfiyyətinin yaxşılaşdırılması və kadr hazırlığı istiqamətində görülən işlərin monitorinqinin həyata keçirilməsinin zəruriliyini vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyul 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri