İnformasiya Texnologiyaları İnstitutu ilə GEANT arasında birgə layihələrin reallaşdırılmasına dair fikir mübadiləsi aparılıb
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 30 iyun, AZƏRTAC
GEANT-ın Baş Assambleyasının iclası çərçivəsində AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyevlə bu qurumun icraçı direktoru Lise Fuhr arasında görüş keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşdə GEANT ilə İnformasiya Texnologiyaları İnstitutu arasında strateji əməkdaşlığın yeni mərhələdə davam etdirilməsi, “AzScienceNet” şəbəkə infrastrukturunun Avropa tədqiqat və təhsil şəbəkələri ilə inteqrasiyasının genişləndirilməsi, GEANT-ın təqdim etdiyi xidmətlərdən daha səmərəli istifadənin təmin edilməsi və birgə layihələrin reallaşdırılması ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Həmçinin 2025-ci ilin oktyabr ayında “AzScienceNet” şəbəkəsinin mövcud vəziyyəti, imkanları və inkişaf perspektivlərinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi məsələsi müzakirə olunub, GEANT Assosiasiyasının məsul nümayəndələrinin bu tədbirdə fəal iştirakının əhəmiyyəti vurğulanıb.
Görüş çərçivəsində akademik Rasim Əliquliyevə GEANT tərəfindən “AzScienceNet” şəbəkəsinin 2025-ci il üçün rəsmi üzvlük statusunu təsdiqləyən sertifikat təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 30 İyun 2025 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















