Icma.az
close
up
RU
İnformasiya Texnologiyaları İnstitutunda ixtisas fənnindən doktoranturaya qəbul imtahanı təşkil edilib

İnformasiya Texnologiyaları İnstitutunda ixtisas fənnindən doktoranturaya qəbul imtahanı təşkil edilib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 12 sentyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunda ixtisas fənnindən doktoranturaya qəbul imtahanı keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, imtahanda kompüter elmləri ixtisası üzrə 2 nəfər və sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi ixtisası üzrə 2 iddiaçı iştirak edib.

İnstitutda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanının keçirilməsi üçün komissiya yaradılıb. İmtahan Komissiyasının sədri – AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev, üzvləri – institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, institutun elmi katibi Nərmin Adigözəlova, AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov və texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyevdir.

İmtahan prosesi ilə tanış olan akademik R.Əliquliyev institutun əsas fəaliyyət istiqamətləri haqqında məlumat verib. İnstitutun müasir çağırışlara cavab verərək, dinamik şəkildə dəyişən süni intellekt, data analitika, rəqəmsal tibb kimi sahələrdə tədqiqatların aparılmasında, bu istiqamətlərdə yüksəkkeyfiyyətli insan resurslarının yetişdirilməsində, gənc tədqiqatçıların elmə cəlb olunması işində yaxından iştirak etdiyini diqqətə çatdırıb.

Akademik R.Əliquliyev gənc tədqiqatçıların cəmiyyət üçün faydalı gənclər kimi yetişməsinin, əldə etdikləri bilikləri ictimai müzakirələrdə, beynəlxalq konfranslarda və müxtəlif elmi tribunlarda təqdim etməsinin onların inkişafında, elmi potensialının daha geniş auditoriyalara çatdırılmasında və ölkənin intellektual mühitinə inteqrasiyasında mühüm rol oynadığını qeyd edib, iddiaçıların hər birinə imtahanda müvəffəqiyyətlər arzu edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Sentyabr 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see241

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see237

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see219

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see210

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see194

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see181

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see169

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see166

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see154

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see150

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see149

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see148

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see148

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see139

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see137

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri