Icma.az
close
up
RU
İnformasiya Texnologiyaları İnstitutunda yerinə yetirilən elmi tədqiqat layihəsi ilə bağlı müzakirələr aparılıb

İnformasiya Texnologiyaları İnstitutunda yerinə yetirilən elmi tədqiqat layihəsi ilə bağlı müzakirələr aparılıb

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 10 iyun, AZƏRTAC

İnformasiya Texnologiyaları İnstitutunda Elm və Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilən “Kibersuveren dövlətin formalaşdırılması və onun informasiya təhlükəsizliyinin təmin olunması üçün intellektual metod və alqoritmlərin işlənməsi” adlı elmi-tədqiqat layihəsi üzrə fəaliyyət planının müzakirəsinə həsr olunmuş seminar keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev çıxış edərək elmi-tədqiqat layihələrində, proqramlarında fəal iştirakın elmi fəaliyyətin səmərəliliyinin artırılması, institut əməkdaşlarının əməyinin stimullaşdırılması, eləcə də əldə edilən nailiyyətlərin geniş ictimaiyyətə çatdırılması baxımından vacibliyini qeyd edib. Alim Elm və Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilən elmi-tədqiqat layihəsinin İnformasiya Texnologiyaları İnstitutuna təqdim olunmasının instituta diqqət və etimadın göstəricisi olduğunu vurğulayıb.

Akademik R.Əliquliyev iclasın keçirilməsində əsas məqsədin layihə üzrə görüləcək işlər və qarşıda duran vəzifələri müəyyənləşdirməkdən ibarət olduğunu bildirib. Baş direktor layihə çərçivəsində kibersuveren dövlət sisteminin formalaşdırılması, onun etibarlılığının, təhlükəsizliyinin və dayanıqlığının təmin edilməsi istiqamətində strateji əhəmiyyətə malik tədqiqatların aparılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Sonra elmi-tədqiqat layihəsi üzrə hər bir icraçı cari ilin ikinci və üçüncü rübü ərzində yerinə yetiriləcək işlər, qarşıya qoyulan məsələlər haqqında məlumat verib.

Tədqiqat istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

Sonda akademik R. Əliquliyev layihə çərçivəsində aktual problemlərlə bağlı aparılan tədqiqatların elmimizin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib, qarşıya qoyulan elmi problemlərə dair təklif və tövsiyələrini səsləndirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyun 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see264

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see255

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see185

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see180

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see156

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see142

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri