Icma.az
close
up
RU
İnformasiya Texnologiyaları İnstitutunda SABAH tələbələri ilə görüş olub

İnformasiya Texnologiyaları İnstitutunda SABAH tələbələri ilə görüş olub

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 31 oktyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə ölkənin müxtəlif ali məktəblərində təhsil alan SABAH tələbələri ilə görüş keçirilib.

Görüşdə İnformasiya Texnologiyaları İnstitutunun aparıcı alim və mütəxəssisləri, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin, eləcə də SABAH qruplarının məsul nümayəndələri və digər aidiyyəti şəxslər iştirak ediblər.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Görüşdə AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev kompüter elmləri, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, informasiya texnologiyaları və digər müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrə ustad dərsi keçib.

Akademik Rasim Əliquliyev əvvəlcə gənclərə İnformasiya Texnologiyaları İnstitutunun yaranma tarixi, əsas fəaliyyət istiqamətləri, burada həyata keçirilən elmi-innovativ layihələr, dövlətin strateji maraqlarına xidmət edən prioritet istiqamətlərdə aparılan tədqiqatlar haqqında ətraflı məlumat verib. O, institutda süni intellekt, “data science”, proqram mühəndisliyi, təbii dilin emalı, kiberfiziki sistemlər, rəqəmsal dövlət, rəqəmsal tibb, kibertəhlükəsizlik, dərin təlim, böyük verilənlərin analitikası istiqamətində araşdırmaların aparıldığını, əldə olunan mühüm elmi nəticələrə dair məqalələrin nüfuzlu beynəlxalq jurnallarda çap olunduğunu deyib. İnstitutun dövlət proqramları, strategiyalar, yol xəritələri və digər mühüm dövlət sənədlərinin icrasında fəal iştirak etdiyi bildirilib.

İnstitutun baş direktoru dövlət başçısı İlham Əliyevin elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı imzaladığı müvafiq Fərmandan irəli gələn vəzifələrin icrası istiqamətində ölkənin elmi qurumları və ali təhsil müəssisələri arasında sıx əməkdaşlıq münasibətlərinin təşkilinin zəruri olduğunu vurğulayıb.

“Elmin əsas vəzifələrdən biri əldə olunmuş qabaqcıl biliklərin paylanması, təhsilə ötürülməsi, müasir dövrün tələblərinə cavab verən intellektual insan resurslarının yetişdirilməsi, eyni zamanda, milli iqtisadiyyatın inkişafına dəstək göstərilməsindən ibarətdir”, – deyə alim vurğulayıb.

Sonra görüş tələbələrlə dialoq formatında davam edib. Akademik Rasim Əliquliyev gəncləri maraqlandıran sualları cavablandırıb.

Alim tələbələrlə qlobal trendlər hesab olunan süni intellekt, IV Sənaye İnqilabı və internetin transformasiyası kontekstində ölkəmizdə mövcud reallıqlar, yeni tendensiyalar, o cümlədən həyata keçirilən dövlət siyasəti ilə bağlı fikir və mülahizələrini bölüşüb.

Akademik Rasim Əliquliyev əmək bazarının xarakterinin tədricən dəyişməsi nəticəsində yeni peşələrin meydana çıxdığını, proqram mühəndisliyi, kompüter mühəndisliyi, data elmləri, data mühəndisliyi, kibertəhlükəsizlik, rəqəmsal kriminalistika sahəsində yüksəkixtisaslı kadrlara, innovativ gənclərə tələbatın daha da artdığını bildirib. Tələbələri daim öz bilik və təcrübələrini artırmağa, elmi fəaliyyətlə məşğul olmağa çağıran alim, institutun bu istiqamətdə hər zaman dəstək göstərməyə hazır olduğunu qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:48
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Oktyabr 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see473

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see213

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see202

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see198

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see192

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see183

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see181

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see178

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see176

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see174

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see165

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see162

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see144

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see143

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see143

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri