Icma.az
close
up
RU
İnformasiya Texnologiyaları İnstitutunun Dissertasiya şurasının fəaliyyəti müzakirə olunub

İnformasiya Texnologiyaları İnstitutunun Dissertasiya şurasının fəaliyyəti müzakirə olunub

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 23 sentyabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun Dissertasiya şurasının növbəti iclası keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Dissertasiya şurasının sədri, AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev gündəlikdə duran məsələlər haqqında məlumat verib. O, iclasın “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisasında texnika üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işinə kuratorların təyin və təsdiq edilməsi məsələsinə həsr edildiyini bildirib.

Akademik Rasim Əliquliyev əvvəlcə “İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi” və “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisasları üzrə yaradılmış Dissertasiya şurasının son iki ili əhatə edən fəaliyyəti, şurada müdafiəyə çıxarılan dissertasiya işləri haqqında ətraflı məlumat verib.

Alim ölkəmizdə elmin idarə olunması, elmi potensialın gücləndirilməsi, elmi kadrların gəncləşdirilməsi və stimullaşdırılması istiqamətində son illər həyata keçirilən islahatlardan söz açıb. O, elmin əmək bazarının tələbatına uyğunlaşdırılması, elmi fəaliyyətin dövlət siyasətinin prioritetləri ilə uzlaşdırılması, habelə elmi müəssisələrin idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində görülən mühüm tədbirləri diqqətə çatdırıb.

AMEA-nın vitse-prezidenti 2023-cü ildə yaradılmış Dissertasiya şurasının fəaliyyət dövrünə də nəzər salıb. Alim bu müddətdə şuranın 7 iclasının keçirildiyini, bütün müdafiə proseslərində obyektivliyin və şəffaflığın təmin olunduğunu vurğulayıb. Akademik İnformasiya Texnologiyaları İnstitutunda artıq 4 fəlsəfə və 4 elmlər doktorluğu üzrə dissertasiya işlərinin növbəti şuralarda təqdim olunmaq üçün hazırlandığını diqqətə çatdırıb.

Daha sonra iclasda texnika üzrə elmlər doktoru elmi dərəcəsi almaq iddiasında olan dosent Lyudmila Suxostatın “Kiberfiziki sistemlərin kiberdayanıqlığının təmin edilməsi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi təqdim edilib, bununla əlaqədar müvafiq qərarlar qəbul olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Sentyabr 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see191

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see190

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see166

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see162

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see141

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see135

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see128

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see127

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see127

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see126

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see125

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see125

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri