Icma.az
close
up
RU
Baş direktor: İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarları intellektual dialoq platformasına çevrilməlidir

Baş direktor: İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarları intellektual dialoq platformasına çevrilməlidir

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 1 oktyabr, AZƏRTAC

Hər bir elmi məruzə hazırlanarkən dövlətimizin başçısının müvafiq fərman və sərəncamları, dövlət proqramları, eləcə də digər mühüm sənədlərdən irəli gələn vəzifələr nəzərə alınmalı, elmi seminarlar cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən aktual problemlərin həllinə yönəldilməlidir.

AZƏRTAC xəbər verir ki, bu fikri AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev Elmi şuranın iclasında institutun elmi seminarlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında çıxışı zamanı səsləndirib. Alim institutda tədqiqat mühitinin təkmilləşdirilməsi, elmi seminarların keyfiyyətinin artırılması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini, müvafiq qərarların qəbul edildiyini söyləyib.

Akademik Rasim Əliquliyev intellektual müzakirələrin aparılması üçün əhəmiyyətli platforma olan elmi seminarlarda hər bir tədqiqatçının mütəmadi iştirak etməsinin zəruriliyindən danışıb. Alimin sözlərinə görə, elmi seminarların əsas məqsədi aktual problemlərə dair fikir mübadiləsi aparmaq, dissertasiya işləri çərçivəsində aparılan tədqiqatlarla tanış olmaq, eləcə də doktorant və dissertantlara elmi fəaliyyətlərində intellektual dəstək göstərməkdir. Alim seminarlarda təqdim olunacaq problemlərin miqyası, meydana gəldiyi şərait, elmi statusu, əhatə etdiyi elm sahələri, aktuallıq dərəcəsi və araşdırılma vəziyyətinin konkretləşdirilməsinin vacibliyini vurğulayıb.

Müasir dövrdə elmin təşkili və menecmenti məsələsinin xüsusi əhəmiyyət kəsb etdiyini söyləyən alim elmi seminarların faydalı biliklərin əldə olunması və şəffaf müzakirə mühitinin yaradılması baxımından da önəmli platforma olduğunu deyib.

Akademik R.Əliquliyev hər bir elmi problemin geniş müzakirəyə çıxarılmasının, intellektual təhlillərin aparılmasının elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsinə və daha səmərəli elmi mühitin yaradılmasına xidmət etdiyini vurğulayıb. O, alim və mütəxəssislərə bu prosesdə fəal olmağı, təşəbbüskarlıq nümayiş etdirməyi və öz səylərini birləşdirməyi tövsiyə edib.

İclasda, həmçinin institutun icraçı direktoru dosent Rəşid Ələkbərov və elmi katib Nərmin Adıgözəlova çıxış edərək elmi seminarların yeni formatda, müasir yanaşmalar əsasında təşkili istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat veriblər. Bu seminarların qısa müddət ərzində səmərəli nəticələr verəcəyinə, iclaslarda yüksəkkeyfiyyətli, fundamental elmi məruzələrin təqdim olunacağına əminliklərini ifadə ediblər.

Bildirilib ki, keyfiyyətli elmi seminarların təşkili yüksəkixtisaslı kadr hazırlığına töhfə verməklə yanaşı, elmi diskussiyaları gücləndirəcək, prioritet istiqamətlərdə aparılan tədqiqatların nəticələrinin nüfuzlu elmi jurnallarda öz əksini tapmasına, ölkədaxili və beynəlxalq qrant layihələrində iştirak imkanlarının genişlənməsinə gətirib çıxaracaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Oktyabr 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see144

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri