Icma.az
close
up
RU
“İngilis bölməsi” adı ilə tələbələr necə aldadılır? Ekspert açıqladı

“İngilis bölməsi” adı ilə tələbələr necə aldadılır? Ekspert açıqladı

Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda dövlət universitetlərində ingilis bölməsində təhsilin vəziyyəti ciddi tənqidə layiqdir. Rəsmi olaraq “ingilis bölməsi” adlandırılan ixtisaslarda dərslər əksər hallarda Azərbaycan dilində keçirilir, müəllimlər ingilis dilində dərs aparmaq bacarığında deyillər, tələbələr isə 4 il ərzində bu dili öyrənə bilmədən məzun olurlar. Nəticədə DİM-in magistr imtahanında bu bölməni bitirən yüzlərlə tələbə hətta minimum 5 bal belə toplaya bilmir.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə təhsil eksperti Kamnan Əsədov çıxış edib. O bildirib ki, bu vəziyyət qanunvericiliyə də ziddir. Çünki “Təhsil haqqında” Qanuna əsasən, təhsil hansı dildə aparılırsa, dərslər də həmin dildə keçirilməlidir:

“Əgər diplomda “ingilis bölməsi” yazılırsa, amma təlim Azərbaycan dilində aparılırsa, bu, tələbənin və dövlətin aldadılmasıdır.

Problem sistemlidir: bu bölmələr kağız üzərində “beynəlxalq” görünmək üçün açılır, lakin nə real tədris mühiti, nə də metodoloji baza mövcuddur. Dünya təcrübəsində isə – məsələn, Finlandiya, Niderland və Almaniyada – ingilis bölməsi olan ixtisaslarda tələbənin dili bilib-bilməməsi təkcə danışıq yox, yazı, təqdimat, analiz və akademik ünsiyyət bacarığı ilə ölçülür.

Bu fırıldaqdan çıxmaq üçün universitetlərdə ingilis bölmələri üzrə ciddi audit aparılmalı, dərs deyən müəllimlərin dil bacarıqları yoxlanmalı, tələbələrə isə real dil təlimi və akademik yazı bacarıqları verilməlidir. Əgər bu dəyişiklik edilməzsə, “ingilis bölməsi” təhsilin inkişafı yox, onun saxtalaşdırılmasının başqa bir adı olaraq qalacaq”.

Nigar İxtiyarqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 14 May 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri