İngiltərə klubu Federiko Valverde üçün Real a 50 milyon avro ödəməyə hazırdır
sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İngiltərənin "Mançester Yunayted" klubu Federiko Valverdeni transfer etmək üçün "Real"a (İspaniya) 50 milyon avro ödəməyə hazırdır. Sport24.az xəbər verir ki, Mançester təmsilçisi qeyd olunan məbləğlə yanaşı, akademiyasının yetirməsi Kobbi Meynunu da İspaniya klubuna göndərməyə razıdır.
Daha əvvəl "Real"ın K.Meynuya maraq göstərdiyi bildirilirdi. Lakin "Kral klubu" bu təklifi qəbul etmək niyyətində deyil. Çünki uruqvaylı yarımmüdafiəçi komandanın aparıcı üzvlərindən hesab olunur.
Qeyd edək ki, cari mövsümdə F.Valverde bütün turnirlərdə meydana çıxdığı altı oyunda iki məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalı yarımmüdafiəçinin dəyərini 130 milyon avro qiymətləndirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 22 Sentyabr 2025 02:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















