İngiltərə klubunda qalmaqal
futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Mançester Yunayted”in arxa xəttində ciddi qalmaqal yaşanır. Klub rəhbərliyi komandanın müdafiəçisi Lisandro Martineslə yolları ayırmaq variantını nəzərdən keçirir.
Futbolpress.az xəbər verir ki, “Daily Mail” nəşrinin yaydığı məlumata görə, argentinalı futbolçu klubun transfer siyasətini sərt şəkildə tənqid etdikdən sonra ilk dəfə komandanın məşq bazasına qayıdıb.
UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turunda “Atletiko”ya (Madrid) qarşı səfərdə qeydə alınan 0:2 hesablı məğlubiyyətdən sonra 28 yaşlı müdafiəçi “Mançester Yunayted”in hazırkı səviyyəyə uyğun gəlmədiyini açıq şəkildə bildirmişdi. Məlumata əsasən, Martines məhz bu sərt sözlərinə görə bu gün klub rəhbərliyi qarşısında izahat verməlidir. Komanda daxilində bəzi futbolçuların da onun bu fikirlərini dəstəklədiyi bildirilir.
“Qırmızı şeytanlar” futbolçunun son illərdəki zədə tarixçəsini və səsləndirdiyi sərt fikirləri nəzərə alaraq, münasib təklif gələcəyi təqdirdə onu transferə çıxarmaq ehtimalını istisna etmirlər. Mançesterlilər onun gedişi halında “Everton”un müdafiəçisi Cerrad Brantueyti əsas namizəd hesab edirlər.
Baxış sayı:57
Bu xəbər 15 Oktyabr 2026 19:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















