Icma.az
close
up
RU
İngiltərə kralı və Roma papası birlikdə dua etdilər Son 491 ildə ilk

İngiltərə kralı və Roma papası birlikdə dua etdilər Son 491 ildə ilk

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İngiltərə kralı XIV Çarlz və Papa XIV Leo Vatikandakı Sikstin kapellasında birlikdə dua ediblər.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, Britaniya monarxiyası ilə Katolik Kilsəsi arasında son 491 ildə ilk birgə ibadətdir.

Katolik kilsəsi ilə İngiltərə kilsəsi arasında münasibətlərdə yeni fəsil açılıb. İngiltərə kralı Çarlz və kraliça Kamilla Katolik Kilsəsi ilə İngiltərə Kilsəsi arasında əlaqələri gücləndirmək üçün Vatikana rəsmi səfər ediblər.

Səfər çərçivəsində İngiltərə kralı XIV Leo ilə görüşüb. Çarlz və Papa Sikstin kapellasında birlikdə dua ediblər.

Roma Papası XIV Leo Romadakı Müqəddəs Pavel Bazilikasında Kral Çarlza xüsusi taxta stul hədiyyə edəcək. Bazilikanın qurbangahının arxasında yerləşən stuldan yalnız Britaniya monarxları istifadə edəcək. Onun üzərində Kralın gerbi və xristianlar arasında birliyə çağırış olan latın dilində "Ut unum sint" (Onlar bir olsun) yazısı olacaq. Papa Leo həmçinin Kral Çarlza “Kral qardaşı” titulu verəcək.

Bukingem Sarayı isə Kral Çarlzın Papa Leoya Vindzor qalasındakı Müqəddəs Georgi kapellasının "Vikar qardaşı" titulunu və Cəngavər Böyük Xaç titulunu verəcəyini elan edib. Kral Çarlz daha əvvəl son üç papa ilə görüşsə də, onlar birlikdə dua etməmişdilər.

Xatırladaq ki, İngiltərə XVI əsrin əvvəllərində katolik ölkəsi idi və dini baxımdan Romada Papanın hakimiyyətinə tabe idi. Lakin 1520-ci illərin sonlarında Kral VIII Henrix həm siyasi, həm də şəxsi səbəblərdən Papalıqla ciddi münaqişəyə girdi.

Yekun nəticədə İngiltərə Roma Katolik Kilsəsindən ayrılaraq öz milli kilsəsini yaratdı.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Oktyabr 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri