İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 5 oktyabr, AZƏRTAC
İngiltərə yığmasının futbolçuları Alex Skott və Ezri Konsa zədə səbəbindən milli komandanın düşərgəsini tərk ediblər.
AZƏRTAC İngiltərə millisinin rəsmi saytına istinadən xəbər verir ki, hər iki oyunçu UEFA Millətlər Liqasında Çexiyaya qarşı keçiriləcək son qarşılaşmanı buraxacaq.
İngiltərə Futbol Federasiyasının açıqlamasına görə, “Bornmut”un 23 yaşlı yarımmüdafiəçisi Skott və “Arsenal”ın müdafiəçisi Konsa əlavə müayinələrdən keçmək üçün öz klublarına qayıdıblar.
Skottun zədəsi daha ciddidir. Futbolçu bud nahiyəsindən xəsarət alıb. “Bornmut”da oyunçunun təxminən iki ay yaşıl meydanlardan uzaq qala biləcəyindən ehtiyat edirlər. Konsanın zədəsi ilə bağlı isə hələlik ətraflı məlumat verilmir. Hər iki futbolçu İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel tərəfindən Xorvatiya üzərində 7:0 hesablı qələbə ilə başa çatan oyunda start heyətində meydana çıxmışdı.
Qeyd edək ki, İngiltərə – Çexiya qarşılaşması oktyabrın 6-da Londondakı “Uembli” stadionunda keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 05 Oktyabr 2026 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















