İngiltərə millisinin keçmiş futbolçusu: İsak üçün 150 milyon funt sterlinq vermək olmaz
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
"Aleksandr Isak bu yay “Liverpul”a keçərsə, çox böyük bir qiymətin ağırlığı altında mübarizə aparacaq".
İdman.biz xəbər verir ki, bu barədə İngiltərə millisinin keşmiş futbolçusu Mett Le Tissye "Football Insider»" deyib.
Onun sözlərinə görə, Lionel Messidən başqa heç bir oyunçu 150 milyon funt sterlinq dəyərində deyil.
Qeyd edək ki, İsak çərşənbə axşamı sosial mediada çıxış edərək, “Nyukasl”ı bağlı qapılar arxasında ona verilən vədləri pozmaqda günahlandırıb. Hücumçu yayın çox hissəsini “Liverpul”a keçməyə hədəflənib. “Nyukasl” isə İsakı satmamaqda qərarlıdır və ulduz oyunçu üçün istədiyi nəhəng qiyməti dəyişməyib. Buna cavab olaraq, 25 yaşlı futbolçu “Liverpul”un onunla müqavilə imzalayacağı ümidi ilə tətilə başlayıb. Le Tissye isə hücumçunun “Liverpul”a keçsə belə, tez bir zamanda orada təzyiqlə üzləşəcəyi barədə xəbərdarlıq edib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 22 Avqust 2025 03:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















