Icma.az
close
up
RU
Paytaxtın bu ərazisində mənzil qiymətləri əl yandırır 2 MİLYON MANAT!

Paytaxtın bu ərazisində mənzil qiymətləri əl yandırır 2 MİLYON MANAT!

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Bakının daşınmaz əmlak bazarında qiymətlərin artması Nərimanov rayonunda daha qabarıq şəkildə özünü göstərir. Əmlak saytlarında yerləşdirilən yeni elanlar təsdiqləyir ki, rayonda həm daxili kreditlə satılan yaşayış komplekslərində, həm də hazır yeni tikililərdə mənzillərin dəyəri əvvəlki dövrlərlə müqayisədə xeyli yüksəlib.

“Yeni Sabah” xəbər verir ki, Nərimanovda mənzillərin bahalaşması bir neçə əsas amillə əlaqələndirilir.

İlk növbədə, rayonun şəhərin mərkəzinə yaxın olması, "Nəriman Nərimanov", "Gənclik" və "Bakmil" metro stansiyalarının yaratdığı rahat nəqliyyat imkanları alıcıların bu əraziyə marağını daim yüksək saxlayır. Bundan əlavə, rayonda böyük ticarət mərkəzlərinin, universitetlərin, parkların və iş yerlərinin çoxluğu insanları həm yaşamaq, həm də mənzili kirayə vermək üçün bu zonaya cəlb edir. Eyni zamanda, paytaxtda aparılan söküntü işləri, tikinti materiallarının bahalaşması və yeni binalar üçün boş torpaq sahələrinin məhdudlaşması mənzillərin satış qiymətini yuxarı qaldırır. ShopByBro

Əmlak saytlarındakı hazırkı elanlar qiymət səviyyəsini aydın göstərir. Belə ki, "Nəriman Nərimanov" metrosu yaxınlığında yerləşən 16 mərtəbəli yeni tikilinin 11-ci mərtəbəsində sahəsi 285 kvadratmetr olan 5 otaqlı mənzil 2 850 000 manata satışa çıxarılıb. Həmin ərazidə 17 mərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən 142 kvadratmetrlik 3 otaqlı mənzil 640 000 manata, 12 mərtəbəli binanın 11-ci mərtəbəsindəki 181 kvadratmetrlik 4 otaqlı mənzil isə 550 000 manata təklif olunur.

Yaşayış komplekslərində daxili kredit imkanları ilə təqdim olunan mənzillərdə də qiymətlər yarım milyon manatı ötür. Məsələn, "Nəriman Nərimanov" stansiyası ətrafında 19 mərtəbəli binanın 9-cu mərtəbəsində sahəsi 165 kvadratmetr olan 3 otaqlı mənzil 547 500 manata, 12-ci mərtəbədəki 153 kvadratmetrlik 3 otaqlı mənzil 505 000 manata, 8-ci mərtəbədə yerləşən 137 kvadratmetrlik 3 otaqlı mənzil isə 500 000 manata elana qoyulub. Eyni ərazidə 16 mərtəbəli binalarda yerləşən 112 kvadratmetrlik 3 otaqlı mənzillər isə mərtəbə və təmirindən asılı olaraq 360 000 və 470 000 manata satılır.

Bu zonada ikiotaqlı mənzillərin qiyməti də kifayət qədər yüksəkdir. "Gənclik" metrosu yaxınlığında 17 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşən 93 kvadratmetrlik 2 otaqlı mənzil 390 000 manata, həmin binanın 4-cü mərtəbəsindəki eyni sahəli mənzil isə 350 000 manata satışa çıxarılıb. "Nəriman Nərimanov" metrosu ətrafında 16 mərtəbəli binanın 13-cü mərtəbəsindəki 90 kvadratmetrlik 2 otaqlı mənzil 385 000 manata, "Bakmil" metrosu yaxınlığında 16 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 125 kvadratmetrlik 3 otaqlı mənzil isə 390 000 manata alıcılara təqdim edilir.

Mövcud elanlar göstərir ki, Nərimanov rayonunda yeni tikililərdə mənzillərin satış qiyməti xeyli yüksəkdir və bu ərazi Bakının ən bahalı yaşayış zonalarından biri kimi mövqeyini qoruyur.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 20 Noyabr 2026 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri