İngiltərədə gənclər arasında xərçəngin 11 növü artmaqdadır
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
London, 29 aprel, AZƏRTAC
İngiltərədə aparılan araşdırma gənclər arasında xərçəng xəstəliyini 11 növünün daha çox yayılmağa başladığını ortaya çıxarıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, tədqiqat Xərçəng Araşdırmaları İnstitutu və London İmperial Kollecinin alimləri tərəfindən aparılıb. Mütəxəssislər xərçəng hallarının artmasının dəqiq səbəbinin hələ tam aydın olmadığını bildirirlər. Bununla belə, onlar son onilliklərdə artıq çəki və piylənmənin artmasının bu prosesdə müəyyən rol oynaya biləcəyini qeyd edirlər.
Vurğulanır ki, gənc yaş qruplarında ən çox rast gəlinən xərçəng növləri bağırsaq və döş xərçəngidir. Mədəaltı vəzi və öd kisəsi xərçəngi isə daha nadir hallarda qeydə alınır. Araşdırma göstərib ki, bağırsaq xərçəngi ilə yanaşı, qalxanabənzər vəz, çoxsaylı mieloma, qaraciyər, böyrək, öd kisəsi, mədəaltı vəzi, uşaqlıq selikli qişası (endometrium), ağız, döş və yumurtalıq xərçəngi halları da artmaqdadır.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 29 Aprel 2026 15:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















