İngiltərədə insanı parçalayan pələnglə bağlı qərar verildi
Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
İngiltərədə pələngin hücumu nəticəsində bir nəfər həyatını itirib.
“Yeni Sabah” xəbər verir ki, hadisə oktyabrın 10-da Yorkşir bölgəsində yerləşən “Yorkshire Wildlife Park”da baş verib. Pələnglərin olduğu əraziyə daxil olan şəxs Altai adlı erkək pələngin hücumuna məruz qalaraq hadisə yerində ölüb.
Hadisədən sonra zooparkın ərazisi boşaldılıb və polis araşdırmaya başlayıb. Dominos pizza
Zoopark rəhbərliyi oktyabrın 11-də açıqlama yayaraq Altai adlı pələngin öldürülməyəcəyini bildirib. Qeyd olunub ki, heyvan hücum zamanı xəsarət almayıb və insanlar üçün əlavə təhlükə yaratmır.
Rəhbərlik hadisə nəticəsində həyatını itirən şəxsin ailəsinə başsağlığı verib, hadisədən təsirlənən əməkdaşlara dəstək göstəriləcəyini açıqlayıb.
Sosial şəbəkələrdə yayılan iddialara görə, ziyarətçi pələnglə şəkil çəkdirmək istəyib və daha sonra heyvanın olduğu əraziyə daxil olub. Hadisənin dəqiq səbəbləri araşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 12 Oktyabr 2026 19:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















