İngiltərəli məşhur futbolçu Monako ya keçir
Icma.az, Report.az portalına istinadən məlumat yayır.
Niderlandın "Ayaks" klubunun futbolçusu Cordan Henderson karyerasını Fransa təmsilçisi "Monako"da davam etdirəcək.
"Report"un məlumatına görə, bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, Liqa 1-də çıxış edən komanda 34 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalayacaq. İngiltərəli oyunçunun sözləşməsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulacaq.
Qeyd edək ki. "Liverpul"un sabiq kapitanı olan Henderson Mersisayd təmsilçisi ilə UEFA Çempionlar Liqasının və İngiltərə Premyer Liqasının qalibi olub.

Bavariya nın ingiltərəli futbolçusu Monako ya transfer olunacaq
29 Aprel 2025 22:26
İngiltərəli məşhur futbolçu oğluna qarşı oynaya bilər
03 Dekabr 2024 11:44
İngiltərəli futbolçu əməliyyat olunacaq
21 May 2025 12:08
İngiltərəli futbolçu “Milan”da xoşbəxtdir
15 Fevral 2025 13:28

