İngiltərəli səyyah: Azərbaycan hökuməti minalı ərazilərin təmizlənməsinə böyük diqqət göstərir
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Cəbrayıl, 26 aprel, Aydın Yavərzadə, AZƏRTAC
“Bu, mənim minalı əraziyə ilk səfərimdir”.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri işğaldan azad edilən ərazilərdə səfərdə olan dünya səyyahlarından biri – ingiltərəli səyyah Avi Rozenfeld Cəbrayılda jurnalistlərə açıqlamasında deyib.
“Biz Qarabağa gələrkən həmin yerlərdən keçdik. Burada bir çox mina sahəsi gördüm. Mən düşünürəm ki, Azərbaycan hökuməti minalı ərazilərin təmizlənməsinə böyük diqqət göstərir.
Burada bizə bu sahələrin necə təmizləndiyi izah olundu. Biz öyrəndik ki, bu proses çox uzun zaman çəkə bilər. Bunu eşitmək çox ağırdır. Çünki burada çoxlu minalanmış ərazi var”, - deyə o bildirib.
Qeyd edək ki, “NomadMania” səyyah klubunun təşəbbüsü ilə gerçəkləşən səfərdə dünyanın 30 ölkəsinin - ABŞ, Britaniya, Belçika, Almaniya, İsveçrə, Polşa, Niderland, Fransa, Braziliya, Mərakeş, Danimarka, Çili, Portuqaliya, Sierra Leone, Ruanda, Suriya, Hindistan, Serbiya, Yunanıstan, Albaniya, Türkiyə, Slovakiya, Sinqapur, İtaliya, İspaniya, İran, Kamerun, Çin, Avstraliya və Yeni Zelandiyanın səyyah elitasında yer alan nüfuzlu beynəlxalq səyahətçilər yer alır. Heyət 3 gün ərzində Qarabağda və Şərqi Zəngəzurda olacaq. Onlar aparılan nəhəng bərpa və quruculuq işlərini, minatəmizləmə fəaliyyətini, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşilikləri, dağıntıları müşahidə edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 26 Aprel 2025 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















