Icma.az
close
up
RU
İnkişaf etməkdə olan kiçik ada dövlətləri üçün innovativ iqlim maliyyələşdirmə təşəbbüsünə dair beynəlxalq tədbir keçirilib

İnkişaf etməkdə olan kiçik ada dövlətləri üçün innovativ iqlim maliyyələşdirmə təşəbbüsünə dair beynəlxalq tədbir keçirilib

Icma.az bildirir, Oxumeni.az saytına əsaslanaraq.

İnkişaf etməkdə olan kiçik ada dövlətləri üçün innovativ iqlim maliyyələşdirmə təşəbbüsünə dair beynəlxalq tədbir keçirilib

“Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyi və “Henley and Partners” şirkətinin birgə təşkilatçılığı ilə “İnkişaf etməkdə olan kiçik ada dövlətləri üçün innovativ iqlim maliyyələşdirmə təşəbbüsü” adlı beynəlxalq tədbir uğurla baş tutub.

Tədbirin keçirilməsində əsas məqsəd COP29-un iqlim maliyyələşdirilməsi üzrə əsas mövzularını müzakirə etmək, inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) və digər həssas ölkələrin dayanıqlıq təşəbbüslərinə investisiyaların cəlb edilməsində rol oynamaq, bioloji müxtəlifliyi qorumaq, innovativ maliyyə səfərbərliyi strategiyalarını irəli sürmək və iqlim dəyişikliyinin pisləşən qlobal təsirlərinə qarşı kollektiv məsuliyyəti gücləndirmək olub.

Tədbiri “Qlobal Humanitar Təşəbbüslər” (HGI) təşkilatının direktoru Enola-Qey Edvard açıb. O, iqlim maliyyəsinin əhəmiyyətini vurğulayaraq beynəlxalq ictimaiyyətin inkişaf etməkdə olan ölkələrə dəstəyinin zəruriliyini önə çəkib və maliyyə resurslarının artırılmasının vacibliyindən bəhs edib.

Nauru Respublikasının iqlim dəyişikliyi və milli davamlılıq naziri Asterio Appi çıxışında Naurunun iqlim dəyişikliyinə qarşı mübarizədə yaşadığı çətinliklərdən və bu sahədə innovativ maliyyə mexanizmlərinin əhəmiyyətindən söz açıb. O, bu maliyyə təşəbbüsünün, həmçinin Nauru İqtisadi və İqlim Davamlılığı Vətəndaşlıq Proqramının Cənubi Sakit Okean regionunda davamlılıq layihələrinə və ekosistemlərin qorunmasına dəstək baxımından əhəmiyyətli olduğundan bəhs edib.

Tədbirdə növbəti çıxışı Nauru İqtisadi və İqlim Davamlılığı Vətəndaşlıq Proqramı Ofisinin uyğunluq direktoru İsa Seouya edib. O, vətəndaşlıq proqramlarının davamlılıq təşəbbüslərinə dəstək üçün təmin etdiyi maliyyə imkanlarından bəhs edib, proqramın sadələşdirilmiş yolla həm Nauru, həm də ekoloji davamlılığa investisiya cəlb edərək töhfə verdiyini qeyd edib.

Maldiv Respublikasının sabiq prezidenti və Həssas İqlim Forumunun Baş katibi Məhəmməd Naşid çıxış edərək, kiçik ada dövlətlərinin qlobal iqlim dəyişikliyinin təsirlərinə qarşı mübarizədə daha böyük maliyyə dəstəyinə ehtiyacı olduğunu vurğulayıb. O, beynəlxalq ictimaiyyətin bu ölkələrə maliyyə yardımlarını artırmasının vacibliyindən danışıb və kiçik ada dövlətlərinin üzləşdiyi iqlim təhdidlərinə diqqət çəkib.

“Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin sədr müavini Cabir Süleymanlı çıxışında qeyd edib ki, Prezident İlham Əliyev də inkişaf etməkdə olan kiçik ada dövlətlərinə Azərbaycanın dəstək göstərməsini mənəvi borc hesab edir. O, Azərbaycanın bu ölkələrə həm maddi, həm də siyasi dəstək verdiyini və bu istiqamətdə səylərin davam etdirildiyini qeyd edib. Sədr müavini, həmçinin bildirib ki, Azərbaycanın COP29-a Sədrliyi dövründə kiçik ada dövlətlərinin ehtiyaclarına xüsusi diqqət yetirilir və onların səsinin yüksək səviyyədə eşidilməsi təmin edilir. O, qeyd edib ki, bu yanaşma Azərbaycanın qlobal iqlim dəyişikliyi ilə mübarizədə həmrəyliyə və əməkdaşlığa verdiyi önəmi göstərir.

Tədbirin sonunda jurnalistlər üçün sual-cavab sessiyası keçirilib və müzakirə olunmuş mövzulara dair suallar cavablandırılıb.

Oxuməni.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 15 Noyabr 2024 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see517

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see231

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see217

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see216

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see214

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see214

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see203

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see201

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see195

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see193

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see189

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see164

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see161

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see160

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see159

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see155

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri