Icma.az
close
up
RU
Fitch : Müharibə uzanarsa, inkişaf etmiş ölkələrdə risklər artacaq

Fitch : Müharibə uzanarsa, inkişaf etmiş ölkələrdə risklər artacaq

Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müəllif:Mehin Qasımova,Banco.az

"Fitch Ratings" agentliyi Yaxın Şərqdə uzunmüddətli münaqişənin Avropa və Asiyanın inkişaf etmiş iqtisadiyyatları üçün yeni kredit riskləri yarada biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Banco.az xəbər verir ki, agentliyin qiymətləndirməsinə görə, əsas risklər enerji və borclanma xərclərinin artması, inflyasiyanın yüksəlməsi və iqtisadi artımın zəifləməsi ilə bağlıdır. Hesabatda qeyd olunur ki, hökumətlərin əhali və biznesi dəstəkləmək üçün həyata keçirdiyi maliyyə tədbirləri büdcə kəsirlərini və dövlət borcunu artıraraq maliyyə dayanıqlığına əlavə təzyiq yarada bilər. Eyni zamanda, risk iştahının azalması maliyyələşdirmə şərtlərini daha da çətinləşdirə bilər.

"Fitch" vurğulayır ki, yüksək borc səviyyəsinə və struktur büdcə kəsirlərinə malik ölkələr, eləcə də inflyasiya və iqtisadi artım arasında zəif balans olan iqtisadiyyatlar bu cür şoklara qarşı daha həssasdır.

Agentliyə görə, neft və təbii qaz qiymətlərinin artması ən birbaşa təsir kanalı hesab olunur. Bu isə inflyasiyanı yüksəldir, real gəlirləri azaldır və daxili tələbi zəiflədir. Əsas ssenariyə əsasən, Brent markalı neftin qiymətinin yaxın dövrdə mövcud səviyyələrdə qalacağı, 2026-cı il üzrə orta qiymətin isə təxminən 70 dollar olacağı gözlənilir.

Bununla yanaşı, daha pessimist ssenaridə Brent neftinin qiyməti 2026-cı il ərzində 95–100 dollar aralığında qalarsa, simulyasiyalar inkişaf etmiş iqtisadiyyatlarda artımın əhəmiyyətli dərəcədə yavaşlaya biləcəyini və bəzi ölkələrin tənəzzülə yaxınlaşa biləcəyini göstərir.

Hesabatda inflyasiya risklərinin xüsusilə İtaliya, Birləşmiş Krallıq, Yaponiya və Fransa kimi ölkələrdə daha qabarıq hiss olunacağı qeyd edilir. İqtisadi artıma mənfi təsirin isə Cənubi Koreya, Yaponiya, Birləşmiş Krallıq və İtaliya kimi ölkələrdə daha güclü olacağı gözlənilir.

Bunun əsas səbəbi isə artan enerji və nəqliyyat xərclərinin ev təsərrüfatlarının gəlirlərini azaltması və istehlakın zəifləməsidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://banco.az
archiveBu xəbər 18 Mart 2026 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see397

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see375

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see361

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see331

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see301

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see282

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see276

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see271

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see269

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see262

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see243

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see242

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see236

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see235

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see230

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see216

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see212

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see210

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri