Icma.az
close
up
RU
“İnkişaf istəyiriksə, böyük komandalarla mübarizə aparmalıyıq“

“İnkişaf istəyiriksə, böyük komandalarla mübarizə aparmalıyıq“

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının XXX turunun “Sumqayıt” – “Şamaxı” oyunundan (1:2) sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Maraqlı oyun oldu. Belə stadionda oynamaq xoşdur. Bura gələ azarkeşlərə təşəkkür edirəm. Vacib qələbə idi. Oyun olaraq da sevinirəm. Hər iki hissədə üstün oynadıq. Rəqibin ilk əks-hücumu qol oldu. Sevinirəm ki, uşaqlar oyundan qopmadı. Qollar vurub, qələbə qazandıq. Vacib xaldır, qarşımıza qoyulan məqsədə çatmaq üçün çalışırıq. Bura gələndə də inanırdım. Bir çox gənc futbolçunu futbolumuza qazandırdıq. Qarşıda vacib oyunlarımız olacaq.

– Fasilədə nəyi dəyişdiniz ki, Qollar gəldi?
– Futbolçulara dedim ki, tempi yüksək saxlayın. Rəqib bunu istəmirdi. İlk hissədə də sürətli hücumlarla epizodlar yaratdıq. Futbolçularım tempi yüksək tuta bildi.

– Sonuncu pillədən kifayət qədər aralısız. Bundan sonrakı əsas rəqiblərinizin “Neftçi” və “Sabah”ı olduğunu deyə bilərik?
– Nəsə demək olmur. Vacib olan uşaqların bu tempi qorumasıdır. İnkişaf istəyiriksə, böyük komandalarla mübarizə aparmalıyıq. Gələcəyimiz üçün oynamalı, məşqlərimizi etməliyik.

– Yeni mövsümdən klublar üçün ayrılan maliyyənin azalacağı gözlənilir. Bu, sizə necə təsir edəcək?
– Real vəziyyətə baxmalıyıq. I Liqadan gələcək klubların sponsorları var. Bizim də tutduğumuz yol var. Bəzən vəziyyəti düzgün təhlil etmirik. Məsələn, nə üçün “Şamaxı”da gənclər oynayır? Qarşımıza məqsəd qoyacağıq. Büdcəyə uyğun davranmağa çalışacağıq. Gənclərə şans verən klubların çox olması uşaqların yolunu açacaq. Gənclər oynamalıdır, komanda sayı çox olsa, oynamaq şansları artacaq. Bizim məqsədimiz var, gələn il də bu yolu davam etdirəcəyik.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 12 Aprel 2025 21:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri