Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İnkişafın tənqidi düşüncə fəlsəfəsi

İnkişafın tənqidi düşüncə fəlsəfəsi

Icma.az, Modern.az saytına istinadən bildirir.

İnsan öz səhvini görməyə başladığı andan inkişaf edir. Bu qanun ayrı-ayrı insanların həyatında olduğu kimi, elmin, dövlətlərin və bütöv sivilizasiyaların tarixində də özünü göstərir. Səhvi görmək düşüncə tələb edir, onu qəbul etmək iradə, düzəltmək isə məsuliyyət tələb edir. Tənqidin həqiqi dəyəri məhz bu üç mərhələnin birləşdiyi anda meydana çıxır. Bəşəriyyətin böyük inkişaf mərhələlərinə baxdıqda maraqlı bir qanunauyğunluq görünür. Yeni fikir çox zaman əvvəlki təsəvvürün daxilində aşkar edilən ziddiyyətdən doğub. Astronomiyada Kopernik, fizikada Nyuton, biologiyada Darvin, fəlsəfədə Hegel özlərindən əvvəl yaranmış bilikləri öyrənərək həmin biliklərin cavablandıra bilmədiyi sualların ardınca gediblər. Elm də, fəlsəfə də bu intellektual cəsarətin hesabına irəliləyib.

Dialektikanın mahiyyəti inkişafı hərəkət, ziddiyyət və dəyişmə daxilində anlamağa imkan verir. Heraklit dünyadakı hərəkəti və dəyişməni varlığın təbii vəziyyəti hesab edirdi. Hegel əsrlər sonra ziddiyyətin inkişaf prosesindəki rolunu sistemli fəlsəfi təlim səviyyəsinə qaldırdı. Onun düşüncəsində hər bir inkişaf mərhələsi öz daxilində sonrakı mərhələyə keçidi hazırlayan ziddiyyətlər yaradır. Buna görə tənqid yalnız münasibət bildirmək vasitəsi kimi qiymətləndirildikdə onun ictimai əhəmiyyəti tam görünmür. Tənqid ziddiyyəti aşkar edən, onun səbəbini müəyyənləşdirən və dəyişməyə təkan verən düşüncə fəaliyyətidir.

Dialektikanın əksliklərin vəhdəti və mübarizəsi qanunu cəmiyyət həyatında xüsusilə aydın görünür. Ənənə ilə yenilik, fərdi maraqla ictimai maraq, mövcud idarəçilik üsulu ilə yeni tələblər arasında yaranan fərqlər dəyişməyə ehtiyac yaradır. Bu ziddiyyətlərin vaxtında öyrənilməsi idarəetməyə özünü təkmilləşdirmək imkanı verir. Onların uzun müddət diqqətdən kənarda qalması isə kiçik problemlərin böyüməsinə şərait yaradır.

Nizami Gəncəvinin yaradıcılığında bu məsələnin maraqlı mənəvi və siyasi ifadəsini görürük. “Sirlər xəzinəsi”ndə hökmdarın ədaləti, xalq qarşısında məsuliyyəti və həqiqəti eşitmək qabiliyyəti dövlət həyatının əsas məsələləri sırasında təqdim olunur. Nizaminin hökmdar obrazları yalnız hökm verən şəxslər kimi yaşamırlar. Onlar dinləyir, müdriklərlə söhbət edir, baş verən hadisələrdən nəticə çıxarırlar. “İsgəndərnamə”də İsgəndərin alim və filosoflarla müzakirələri də həmin düşüncənin davamıdır. Hakimiyyət biliklə təmasda olduqda qərarın səviyyəsi yüksəlir.

Nizaminin XII əsrdə irəli sürdüyü bu fikir sonrakı Şərq siyasi-fəlsəfi düşüncəsində daha sistemli şəkil aldı. Nəsirəddin Tusi “Əxlaqi-Nasiri” əsərində insanın mənəvi kamilləşməsi ilə cəmiyyətin düzgün idarə olunması arasında əlaqə qururdu. Tusi fərdin tərbiyəsindən ailəyə, ailədən cəmiyyətə, cəmiyyətdən dövlət idarəçiliyinə doğru bütöv bir sistem yaradırdı. Bu sistemdə ağıl və ədalət insan davranışının da, idarəçiliyin də əsas meyarları sırasında dayanırdı.

Tusinin yanaşmasının müasir əhəmiyyəti xüsusilə diqqətəlayiqdir. İdarəetmədə nöqsanın müəyyənləşdirilməsi ilk mərhələdir. Əsas məsələ həmin nöqsanı yaradan səbəbin tapılması və idarəetmə mexanizminin təkmilləşdirilməsidir. Ümumilikadə deyə bilərik ki, tənqid məsuliyyətlə birləşdikdə inkişaf vasitəsinə çevrilir.

Sokratın təxminən iki min il əvvəl Afinada tətbiq etdiyi üsul da eyni məntiqin başqa ifadəsi idi. O, insanın fikrindəki zəifliyi birbaşa hökm verməklə müəyyənləşdirmək əvəzinə ardıcıl suallar vasitəsilə üzə çıxarırdı. Müsahib özü verdiyi cavabların arasındakı ziddiyyəti görürdü. Sokratın üsulu sonrakı elmi düşüncə üçün mühüm prinsip yaratdı. Fikir öz gücünü tənqid qarşısında sınamaqla göstərir.

Elmin inkişaf tarixi bunun konkret sübutları ilə zəngindir. II əsrdə yaşamış Klavdi Ptolemeyin geosentrik sistemi təxminən on dörd əsr astronomik düşüncəyə güclü təsir göstərdi. XVI əsrdə Kopernik planetlərin hərəkətini Günəş mərkəzli sistem əsasında izah etdi. Kepler planet orbitlərinin formasını dəqiqləşdirdi. Qaliley teleskop müşahidələri ilə astronomiyanın fakt bazasını genişləndirdi. XVII əsrin sonunda Nyuton həmin elmi inkişafı ümumdünya cazibə qanunu və hərəkət qanunları ilə yeni nəzəri mərhələyə çıxardı. Bir neçə əsr davam edən bu prosesdə hər yeni nəticə əvvəlki biliyin öyrənilməsi, yoxlanılması və təkmilləşdirilməsi hesabına meydana gəldi.

Dialektikanın kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişikliklərinə keçməsi qanunu burada aydın görünür. Ayrı-ayrı müşahidələr, hesablamalar və təcrübələr uzun müddət ərzində toplandı. Müəyyən mərhələdə həmin bilik ehtiyatı elmi dünyagörüşündə əsaslı keyfiyyət dəyişikliyi yaratdı. Eyni qanun ictimai həyatda da fəaliyyət göstərir. Təhsildə bir neçə il ardıcıl həyata keçirilən düzgün siyasət gələcəkdə insan kapitalının keyfiyyətini dəyişir. Sənayeyə qoyulan investisiyalar yeni istehsal imkanları yaradır. Peşəkar kadrların hazırlanması illər sonra dövlət idarəçiliyinin səviyyəsinə təsir göstərir. Burada kiçik görünən ardıcıl qərarlar zaman keçdikcə böyük keyfiyyət dəyişikliyinə çevrilir.

Azərbaycanın XX əsrin ikinci yarısındakı inkişafı bu baxımdan konkret tarixi material verir. Heydər Əliyevin 1969-cu ildə respublika rəhbərliyinə gəlməsindən sonra iqtisadiyyatın, sənayenin, təhsilin və kadr hazırlığının vəziyyəti geniş təhlil olundu. Yeni sənaye müəssisələrinin yaradılması, istehsal sahələrinin texniki cəhətdən yenilənməsi, kənd təsərrüfatında məhsuldarlığın artırılması və yüksək ixtisaslı milli kadrların hazırlanması uzunmüddətli inkişaf siyasətinin istiqamətlərinə çevrildi. Bu dövr tənqidlə inkişaf arasındakı əlaqənin Azərbaycan siyasi tarixində konkret nümunəsini də yaratdı. 1969-cu il avqustun 5-də keçirilən Azərbaycan KP MK plenumunda Heydər Əliyev respublikanın iqtisadi və idarəçilik vəziyyətini geniş təhlilə çıxardı, təsərrüfat həyatında və digər sahələrdə yığılan nöqsanların səbəblərini qaldırdı. Sonralar həmin illəri xatırlayarkən o, mətbuatda dərc olunan tənqidi yazıları diqqətlə izlədiyini bildirirdi. Şəhərin real həyatını öyrənmək üçün mağazalara gedir, taksi və tramvaydan istifadə edir, insanların gündəlik qarşılaşdıqları vəziyyəti şəxsən müşahidə edirdi. Burada mühüm olan tənqidin özündən sonra gələn mərhələ idi. Aşkar olunan problemlər idarəçilik qərarlarına çevrilir, tələbkarlıq artırılır, iqtisadiyyat, sənaye və kadr siyasətində yeni yanaşmalar tətbiq olunurdu. Tənqidlə qərar, qərarla nəticə arasında əlaqənin qurulması Heydər Əliyevin idarəçilik düşüncəsinin mühüm xüsusiyyətlərindən birinə çevrildi.

Bu siyasətin ən uzaqgörən istiqamətlərindən biri gənclərin SSRİ-nin qabaqcıl ali məktəblərində təhsil almasına yaradılan imkan idi. 1970-ci illərdən başlayaraq minlərlə azərbaycanlı gənc respublikadan kənarda müxtəlif ixtisaslar üzrə təhsil aldı. Dövlət həmin gənclərin bilik qazanmasına sərmayə yatırırdı. İllər sonra onların mühəndis, alim, həkim, hərbçi və idarəçi kimi fəaliyyəti Azərbaycanın intellektual potensialının bir hissəsinə çevrildi. Heydər Əliyevin inkişaf düşüncəsinin mühüm xüsusiyyəti məhz burada daha qabarıq şəkildə üzə çıxır. O, mövcud ehtiyacla gələcək nəticə arasında uzun zaman məsafəsini hesablaya bilirdi. Bu gün verilən təhsil qərarının iyirmi il sonra dövlət üçün hansı nəticəni yaradacağını düşünmək strateji idarəçilik tələb edir. Eyni yanaşma 1993-cü ildən sonrakı dövlət quruculuğunda daha geniş miqyas aldı. Siyasi sabitliyin təmin olunması iqtisadi proqramların həyata keçirilməsinə şərait yaratdı. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandı. Xarici sərmayənin enerji sektoruna cəlb olunması sonrakı illərdə Azərbaycanın iqtisadi imkanlarını genişləndirdi. Bakı–Tbilisi–Ceyhan layihəsi həmin strategiyanın regional miqyasını göstərdi. Enerji siyasətindən əldə olunan imkanların infrastruktur, sosial proqramlar və dövlətin iqtisadi gücünün artırılmasına yönəldilməsi inkişafın yeni mərhələsini hazırladı. Heydər Əliyevin siyasi düşüncəsində inkişaf ayrı-ayrı qərarların cəmi kimi formalaşmırdı. Təhsil kadr potensialını, sabitlik iqtisadi fəaliyyəti, iqtisadi imkan dövlət müstəqilliyini, güclü dövlət isə uzunmüddətli milli məqsədlərin həyata keçirilməsini təmin edən vahid sistem daxilində düşünülürdü.

İlham Əliyevin “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” fikri həmin inkişaf fəlsəfəsinin müasir mərhələdə əsas meyarını ifadə edir. Dövlətin iqtisadi göstəricilərinin son nəticəsi insanın həyatında hiss olunmalıdır. Yol, məktəb, xəstəxana, su, enerji, məşğulluq, təhsil və sosial təminat haqqında qərarlar məhz bu meyarla qiymətləndirildikdə inkişaf rəqəmlərdən çıxaraq ictimai məzmun qazanır.

Tənqidin dövlət və cəmiyyət üçün əhəmiyyəti də bu nöqtədə daha aydın görünür. İnkişaf edən sistem daim öz nəticələrini ölçür. Hansı qərarın uğur qazandığını, hansı mexanizmin zəif işlədiyini, hansı sahənin yeni yanaşma tələb etdiyini müəyyənləşdirmək idarəetmənin intellektual vəzifəsidir. Tənqid bu prosesə fakt, müqayisə və təklif gətirdikdə dövlətin özünü təkmilləşdirməsinə xidmət edir.

Dialektikanın inkarı inkar qanunu inkişafın digər mühüm xüsusiyyətini izah edir. Yeni mərhələ əvvəlki təcrübənin faydalı nəticələrini mənimsəyir, zamanın tələblərinə uyğunlaşdırır və daha yüksək səviyyəyə qaldırır. Nizaminin ədalətli hökmdar düşüncəsindən Tusinin əxlaq və dövlət sistemi haqqında mülahizələrinə, Hegelin ziddiyyət fəlsəfəsindən Popperin tənqidi rasionalizminə qədər müxtəlif dövrlərdə eyni böyük sual insan düşüncəsini müşayiət edib. İnsan və cəmiyyət özünü necə təkmilləşdirə bilər?

Bu sualın cavabı yalnız filosofların kitablarında qalmır. Cavab məktəbin keyfiyyətində, alimin azad düşüncəsində, məmurun məsuliyyətində, vətəndaşın mövqeyində və dövlətin qərar vermək qabiliyyətində görünür. Bəzən tənqidlə təhqirin sərhədi qarışdırılır. Halbuki tənqid fikrə, qərara və fəaliyyətə yönəlir, arqument və faktla əsaslandırılır. Şəxsin ləyaqətinə toxunan ifadələr isə müzakirənin səviyyəsini aşağı salır. Tənqid mədəniyyəti həm doğru sözü deməyi, həm də onu necə deməyi bacarmaqdır.

Tənqid həmçinin yuxarıda qeyd etdiyimiz inkişaf prosesinin ölçü vasitələrindən biridir. Tənqidin dəyərini onun nə qədər sərt səslənməsi yox, nə qədər əsaslı olması, fakta söykənməsi və daha düzgün qərarların qəbuluna kömək etməsi müəyyən edir. Tənqid edən insan qarşısındakının məğlubiyyətini düşünəndə mübahisə yaranır. Problemin həllini düşünəndə inkişaf başlayır.

İnsan öz səhvini görməyə başladığı andan inkişaf edir. Cəmiyyətin yetkinliyi isə həmin qabiliyyəti şəxsi keyfiyyətdən ictimai mədəniyyətə çevirdiyi zaman ölçülür. Tənqidə inkişafın təbii bir hissəsi kimi yanaşaq. Səhvi vaxtında görmək, doğru fikri söyləmək və səslənən fikirlərdən nəticə çıxarmaq hər birimizin məsuliyyətidir. Dövlətin gücü, cəmiyyətin yetkinliyi və insanın inkişafı da bu düşüncə mədəniyyəti ilə bağlıdır. Tənqidə hörmətlə yanaşmaq, fərqli fikri dinləmək və qarşılıqlı anlaşmanı qorumaq isə sağlam düşüncə və yüksək ictimai mədəniyyətin göstəricisidir.
Sadiq Qurbanov,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Avqust 2026 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see655

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see391

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see257

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see256

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see253

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see249

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see245

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see224

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see222

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see214

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see214

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see208

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see206

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see204

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see197

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see182

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see181

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri