Icma.az
close
up
RU
Müxtəlifliklər inkişafın təməlidir

Müxtəlifliklər inkişafın təməlidir

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Kainatın xaotik təsir bağışlayan strukturu müəyyən dinamik tarazlıq və dəyişməz qanunlar çərçivəsində hərəkət etdiyi kimi, cəmiyyətin də xaotik təsir bağışlayan strukturu eyni çərçivədə (təbii ki, müəyyən dəyişikliklər və yeniliklər də daxil olmaqla) inkişaf edir. Eyni zamanda hər yenilik faydalı olmadığı kimi, hər köhnə də faydasız deyil. Odur ki, köhnə ilə köhnəlmişi, yeniliklə yenilik fantaziyasını bir-birindən ayırmaq lazımdır.
Bəli, bütün dəyişiklik və inkişaflar dəyişməz prinsiplərə sadiq qalaraq, kökə ziyan vurmadan, həmçinin kökə yeni forma və mahiyyət bəxş edərək həyata keçirilməlidir. Əks halda, millətlərin mədəni, sosial, siyasi strukturlarını, tarixi mahiyyətlərini, coğrafi xüsusiyyətlərini nəzərə almadan həyata keçirilən hər bir yenilik vicdanlarda böhrana və nifrətə səbəb olur, cəmiyyətdə şəxsiyyət probleminə gətirib çıxarır. Üstəlik, dəyişikliyin faydalı olub-olmamasından asılı olmayaraq, cəmiyyət milli mahiyyət baxımından heç bir köklü mutasiyalara davam gətirmir.
Cəmiyyətin ruhuna işləmiş adət-ənənələr, mənfi meyillər və yalan etiqadlar yalnız təbii bir şəkildə, tədrici olaraq həmin cəmiyyətdən uzaqlaşdırıla bilər. Əks halda, həmişə böhranlar, qalmaqallar və münaqişələr baş verər. Bu, sözsüz ki, əşyanın təbiətindən irəli gələn bir şeydir. İslamın fitrətə uyğun bir din omasına baxmayaraq, Quranın bir dəfədə deyil, 23 ildə, həm də tədrici bir şəkildə nazıl olması insanın fitrətinin və əşyanın təbiətinin bir reallıq kimi qəbul edilməsinin ifadəsidir. Bu baxımdan, tarixi proseslər dəyişikliyin təbiətini və təsirlərini dərk etmək üçün ən yaxşı və ən ibrətli bir bilik mənbəyidir.
Arnold Toynbi, “Bir mədəniyyət ondan daha üstün başqa bir mədəniyyətlə qarşılaşdıqda iki tip meydana çıxır. Bunlardan biri “zealot” tipidir ki, bu tiplər xarici təzyiqlərə davam gətirməyərək, öz keçmişlərinə sığınır, dəyişikliyə qarşı müqavimət göstərir, öz mədəniyyətlərinin daha üstün olduğunu sübut etməyə çalışır və bu mədəniyyətin keçmişdəki uğurları ilə öyünürlər. Digər bir tip isə “herodian” tipidir ki, bu tiplər də təzyiqlər qarşısında davam gətirə bilmir və kosmopolit bir mövqe tutaraq, keçmiş mədəniyyətlərindən tamamilə imtina edirlər. Bu tiplər eynilə çıxılmaz vəziyyətdə qalıb öz silahını atan və düşməninin silahına sarılan döyüşçülərə bənzəyirlər”, - deyir.
Sözsüz ki, adı çəkilən tiplər haqqında verilən bu təriflər həmin tipləri tam mənası ilə əks etdirmir. Həmçinin, Arnold Toynbi bu təriflərdə qarşılıqlı təsirləri nəzərə almır və bu təsirləri öz qınına çəkilmək və ya təslim olmaq kimi xarakterizə edir. Bu iki tip arasında qalan başqa bir tip isə öz keçmiş mədəniyyətindən imtina etmədən yeni mədəniyyətin müsbət cəhətlərini qəbul edərək, yeni sintezlərlə varlığını davam etdirən bir tipdir. Tarix boyu cəmiyyətlərdə ictimai formasiyalardan tutmuş mədəniyyətlərə qədər baş verən bütün dəyişikliklər bu tiplərin az və ya çox dərəcədə rolu nəticəsində baş verir. Bir sözlə, hər bir cəmiyyət öz uğurları və ya uğursuzluqları üçün bu tiplərə borcludur.
Konkret zaman dilimində yaşayan hər bir cəmiyyətin öz maddi və mənəvi kökləri, özünəməxsus xüsusiyyətləri və bu xüsusiyyətləri əhatə edən sosial strukturları var. Bu strukturları meydana gətirən hər bir faktor o cəmiyyət üçün simvol xarakteri daşıyır. Başqa sözlə, mədəniyyət dediyimiz şeyi ən azı sosioloji baxımdan o cəmiyyət üçün bu cəmiyyəti ifadə edən simvollar toplusu kimi xarakterizə etmək olar. Sosial nöqteyi-nəzərdən baxdıqda, bu simvolların cəmiyyəti təşkil edən fərdlərin şəxsiyyətlərinin formalaşmasında həlledici rol oyandığını görərik. Ümumiyyətlə, cəmiyyət onun strukturlarını təşkil edən simvolları yeni simvollarla dəyişmək istəmir. Çünki cəmiyyət hər bir simvolda öz dəyərlər sistemini görür. Hətta bu mənada bütün cəmiyyətlərin və millətlərin təbiət etibarı ilə mühafizəkar olduqlarını da irəli sürmək olar.
Mədəniyyətlərdəki dəyişikliklərlə bağlı müəyyən bilik sahibi olanlar simvolik elementlərin nə üçün o mədəniyyətlərin ən incə nöqtələrini təşkil etdiyini və bu nöqtələrdəki dəyişikliklərin nə üçün müqavimətlə qarşılaşdığını bilirlər. Bu mənada, dəyişiklik hansı struktura və ya simvola aiddirsə, o strukturdan və ya simvoldan da müqavimət görür. Köklü dəyişikliklər isə adət-ənənələrinə sadiq olanların müxalifəti ilə qarşılaşır. Buna görə də, tarixdə bütün böyük dəyişikliklər bir şəxsin və ya bir qrupun arzusu nəticəsində baş verir.
Bütün cəmiyyətlər dəyişikliklərlə paralel meydana gələn qeyri-müyyənliklərdən və mövcud dəyərləri qorumaq istəyindən çıxış edərək riskə getmək istəmir və dəyişikliklərə qarşı müqavimət göstərirlər. Bu, müəyyən mənada cəmiyyətlərin praqmatizmindən də irəli gəlir. Ancaq dəyişikliklərin qeyri-müəyyənliklərlə paralel olması labüddür. Demokratik sistemlərdə dəyişiklikləri müdafiə edənlər fikirlərini qismən həyata keçirmək imkanı əldə etdikdə get-gedə buna qarşı olan qüvvələrin müqaviməti qırılır, bu fikirlərin tərəfdarları artır, dairə genişlənir və dəyişiklik baş verir. Yaxud da mövcud strukturlar cəmiyyətin tələblərinə cavab vermir və dəyişiklik labüdləşir.
Dəyişikliklərin qarşısını alan ən böyük maneələrdən biri də cəmiyyəti kateqoriyalara ayıran, düşmənçilik toxumu səpən, ünsiyyət və dialoq körpülərini alt-üst edən ideoloji tabular, şablonlar və yalançı təəssüblərdir. Hər şeydən mənfəət gözləyənlər cəmiyyətdəki mövqelərindən asılı olaraq dəyişikliyin onlara qarşı yönəldiyini hiss etdikdə var qüvvələri ilə müqavimət göstərirlər. Sonra da onlar hiss və həyəcanlarını ideya kimi qələmə verərək, klişeləşmiş şüar və ifadələrlə hücuma keçirlər. Belə hallarda dəyişikliklər də çox çətin başa gəlir.
Və nəticə...
Dəyişiklik xarakter etibarı ilə maraqlı proses olsa da, bir insan kimi düşüncə və davranış vərdişlərimizdən əl çəkə bilmədiyimiz üçün bu prosesdən o qədər də həzz ala bilmirik. Dəyişiklik özü ilə tənəzzül də gətirə bilər, tərəqqi də. Ancaq bütün bunlara baxmayaraq, hər birimiz müxtəlifliklərin dəyişikliklərin təməli olduğunu başa düşməli, həmçinin cəmiyyətin manevr və adaptasiya gücünü artırdığını dərk etməliyik. Bunun üçün isə özümüzü sağlam düşünən hərtərəfli fərdlər kimi yetişdirməliyik.
Murad Məmmədov
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 16 Avqust 2026 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni danışıqlara başladılar

29 Sentyabr 2026 06:44see150

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see148

Totti 2006 cı il dünya çempionatının həyatındakı rolundan danışdı

29 Sentyabr 2026 05:19see142

İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş

29 Sentyabr 2026 06:08see142

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

Demnadan Milanda yeni Gucci kolleksiyası (FOTO)

29 Sentyabr 2026 08:15see139

Jezuş Ronaldunun oyun vaxtı ilə bağlı razılaşmasını pozdu

29 Sentyabr 2026 07:34see137

“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29 Sentyabr 2026 08:52see137

“Qızıl top” uğrunda mübarizədə gözlənilməz dəyişiklik

29 Sentyabr 2026 08:23see136

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see136

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see136

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see135

“Ola bilər ki, kimlərsə məndən narazılıq edir” (MÜSAHİBƏ)

29 Sentyabr 2026 08:10see134

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see134

Qızıl alanlara ŞAD XƏBƏR VİDEO

29 Sentyabr 2026 09:29see133

​“Tramp yolu”na qarşı “Putin yolu”? Ermənistanda “yeni təklif” müzakirə olunur

29 Sentyabr 2026 12:00see133

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

29 Sentyabr 2026 12:06see133

EYNİ MƏHSULLAR, İKİ ÖLKƏ, FƏRQLİ QİYMƏTLƏR... Polşada, yoxsa Azərbaycanda yaşamaq daha bahadır? + FOTOLAR

29 Sentyabr 2026 13:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri