Icma.az
close
up
RU
“İnklüziv ali təhsil: akademik mobillik və beynəlxalq təhsilin əlçatanlığı” mövzusunda beynəlxalq konfrans keçirilir

“İnklüziv ali təhsil: akademik mobillik və beynəlxalq təhsilin əlçatanlığı” mövzusunda beynəlxalq konfrans keçirilir

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 2 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “İnklüziv ali təhsil: Akademik mobillik və beynəlxalq təhsilin əlçatanlığı” mövzusunda beynəlxalq konfrans keçirilir.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, konfrans İnklüziv Təhsil Mərkəzinin fəaliyyətinin 10 illik yubileyinə həsr olunub.

Açılış mərasimində UNEC İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova bildirib ki, konfransın keçirilməsində əsas məqsəd inklüziv təhsil sahəsində yerli və xarici ekspertləri bir araya gətirərək, inklüziv təhsil strategiyalarını, rəqəmsal transformasiyanın imkanlarını və süni intellektin tətbiqi ilə bağlı çağırışları müzakirə etməkdir. O, mərkəzin 10 illik fəaliyyətinə nəzər salaraq, universitetdə uğurlu inklüziv təhsil modelinin yaradıldığını bildirib. Qeyd edib ki, əlilliyi olan gənclərin ali təhsil seçimində UNEC üstünlük təşkil edir. Həmin tələbələr üçün inklüziv mühit formalaşdırılıb, beynəlxalq mübadilə proqramlarında iştirak imkanları yaradılıb, eyni zamanda, UNEC-də Psixoloji Xidmət Mərkəzi fəaliyyət göstərir və onun tələbələr üçün dəstək imkanları genişləndirilib.

Sonra tələbələrlə iş üzrə prorektor dosent Səadət Qəndilova UNEC-də 2025-ci ilin “İnklüziv təhsil ili” elan olunduğunu diqqətə çatdıraraq təhsilin əlçatanlığının və inklüziv mühitin təmin edilməsinin universitetin əsas dəyərlərindən biri olduğunu vurğulayıb. O, UNEC-də İnklüziv Təhsil Mərkəzi ilə yanaşı, könüllü tələbələrdən ibarət “İnklüziv Təhsilə Dəstək Təşkilatı”nın da fəaliyyət göstərdiyini bildirib. S.Qəndilova qeyd edib ki, UNEC-də inklüziv mühitin yaradılması yalnız tədris prosesini deyil, sosial həyatı da əhatə edir və bu, universitetin bütün tələbələri üçün bərabər imkanların təmin olunmasına xidmət edir.

“British Council Azərbaycan”ın direktoru Nərgiz Hacıyeva çıxışında inklüziv mühitin dəstəklənməsinin əhəmiyyətindən danışaraq, əlçatan təhsilin inklüzivliyin əsas amillərindən olduğunu bildirib. O, bərabər imkanlar üzərində qurulan təhsilin cəmiyyəti daha güclü, dayanıqlı və yaradıcı etdiyini vurğulayıb.

Dünya Əlillər Cəmiyyətinin icraçı direktoru Necdet Öztürk UNEC-lə uzunmüddətli uğurlu əməkdaşlıqdan söz açıb, bu ali təhsil müəssisəsinin inklüziv təhsil sahəsində uğurlu model yaratdığını diqqətə çatdırıb. “Hazırda dünyada yaşayan insanların 15 faizi əlilliyi olan şəxslərdir. Bu insanlar dövlətlərin, ali məktəblərin və ictimaiyyətin əsas diqqət mərkəzində olmalıdır” - deyən N.Öztürk UNEC-in bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirib. O, konfrans çərçivəsində səsləndiriləcək təkliflərin bu istiqamətdə faydalı olacağına inamını ifadə edib.

Konfransda Qırğızıstan Mühəndislik Akademiyasının akademiki Keneshbek Alymbekov, Makedoniya Universitetinin professoru Kartasidou Lefkothea, Sloveniya Universitetinin dekan müavini professor Katarina Askerc Zadravec, Şimali Kipr Yaxın Şərq Universitetinin professoru Zehra Altınay, Dünya Əlillər Cəmiyyətinin İngiltərə nümayəndəsi professor A. Alp Arslan, İstanbul Aydın Universitetinin nümayəndəsi Həbibə Erin və əlilliyi olan şəxslərin Müstəqil Həyat Mərkəzi İctimai Birliyinin sədri Aydın Xəlilov çıxış edərək inklüziv təhsil istiqamətində öz təcrübələrini, eləcə də uğurlu modelləri bölüşüblər. Çıxış edənlər xüsusi təhsil ehtiyacları olan tələbələrin beynəlxalq təhsil imkanlarından istifadə etməsinin, həmçinin rəqəmsal texnologiyaların və süni intellektin inklüziv təhsildə tətbiqinin əhəmiyyətini vurğulayıblar.

Açılış sessiyasından sonra “İnklüziv ali təhsildə qlobal trendlər” və “Xüsusi təhsil ehtiyacları olan tələbələr üçün beynəlxalq mübadilə proqramlarına çıxış imkanları” mövzularında panel müzakirələri keçirilib.

Konfrans işini oktyabrın 3-də “Beynəlxalq kontekstdə inklüzivlik: müxtəlif ölkələrin müqayisəli təhlili”, “Əlçatanlığın təmin edilməsində innovativ yanaşmalar”, “Ağıllı şəhərlər və inklüziv cəmiyyətin inkişafında rəqəmsal texnologiyalar”, “Süni intellektlə əlilliyi olan şəxslər arasında qarşılıqlı əlaqə” və “Xüsusi təhsil ehtiyacları olan tələbələr üçün süni intellektin tətbiq təcrübəsi” mövzularında panel müzakirələri ilə davam etdirəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:33
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Oktyabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see198

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see184

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see166

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see140

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri