Icma.az
close
up
RU
Milli Şəhərsalma Forumunun ikinci günü mənzil əlçatanlığı, dayanıqlı mobillik və inklüziv şəhər mühiti müzakirə edilib

Milli Şəhərsalma Forumunun ikinci günü mənzil əlçatanlığı, dayanıqlı mobillik və inklüziv şəhər mühiti müzakirə edilib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xankəndi, 17 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Xankəndi şəhərində keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunun (NUFA3) ikinci günü öz işini panel iclaslarla davam etdirib. Forumda şəhər və kənd əlaqələrindən tutmuş mənzil siyasətinə, innovativ şəhər həllərindən inklüzivliyə qədər müasir şəhərsalmanın ən aktual məsələlərinə dair müzakirələr aparılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, günün ilk panel iclası “Sosial-iqtisadi artım, ərazi bərabərliyi və ekoloji davamlılıq üçün şəhər-kənd əlaqələri” mövzusunda keçirilib.

Müzakirələrdə milli şəhərsalma siyasətlərinin ərazilərin bərabər inkişafındakı rolu, dağlıq ərazilərdə dayanıqlı və əlçatan icmaların planlaşdırılması kimi məsələlərə toxunulub.

Daha sonra forum işini “Ədalətli şəhər gələcəyinin mərkəzində mənzil əlçatanlığı” adlı panellə davam etdirib. Bu iclasda əhalinin keyfiyyətli mənzillə təminatı üçün innovativ maliyyələşdirmə modelləri, dövlət-özəl tərəfdaşlığı, eləcə də ərazi bərabərsizliyini azaldan səmərəli torpaq və mənzil siyasətləri ətrafında fikir mübadiləsi aparılıb.

Günün digər mühüm müzakirələri “Mobillik, data və məkan planlaşdırmasının qarşılıqlı əlaqəsi: İnnovativ şəhər həlləri” mövzusuna həsr olunub. Bu sessiyada dayanıqlı mobilliyin və şəhər planlaşdırılmasının milli səviyyədə uzlaşdırılması, tranzit yönümlü inkişaf və yeni məlumat mənbələrinin şəhər planlaşdırılmasında yaratdığı inqilabi dəyişikliklər diqqət mərkəzində olub.

Forum iştirakçıları, həmçinin “Dizayn vasitəsilə daha sağlam şəhərlər: Şəhər məkanlarının insanların rifahı üçün yenidən qurulması” və “Hamı üçün şəhər əlçatanlığının və inklüzivliyin təmin edilməsi” mövzularında keçirilən panellərdə də fəal iştirak ediblər. Bu sessiyalarda şəhər təhlükəsizliyinin rifah üçün ilkin şərt olması, universitetlərin regional ekosistemin inkişafındakı potensial rolu, sürətli şəhər genişlənməsi zamanı sosial inklüzivliyin qorunması və şəhərlərdə qadınların, gənclərin və uşaqların ehtiyaclarının nəzərə alınması kimi vacib məsələlər müzakirə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri