Icma.az
close
up
RU
İnklüzivlik, pandus, monitor, isitməsoyutma sistemi.. Avtobuslar dünya trendlərinə uyğunlaşdırılmalıdır

İnklüzivlik, pandus, monitor, isitməsoyutma sistemi.. Avtobuslar dünya trendlərinə uyğunlaşdırılmalıdır

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

"Bakının dərdi var, Bakı xəstədir"... Bəlkə də, İstanbuldan sonra tıxaclı şəhər kimi Bakını ikinci sırada göstərmək olar. İnsanın ömrü yollarda keçir. Nə metrosu düzəməlli işləyir, nə dəmiryolu, nə də avtobusları… Bəzən sərnişinlər saatlarla avtobuslar gözləməli olurlar. Metroda olan basabası dilə gətirəndə belə nəfəs çatışmazlığı hiss edirsən. Bakının nəqliyyat dərdinin dərmanı o qədər bahalıdır ki, biz sadəcə onun haqqında danışa bilirik…

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Bizimyol.info xəbər portalına açıqlamasında bildiirb ki, avtobus seqmenti üzrə hazırda 2 minə yaxın avtobus fəaliyyət göstərir.

Rauf Ağamirzəyev

“Onların demək olar ki, tən yarısı yenidir, amma digərləri köhnə avtobuslardır. Bunların yenilənməsinə və yeni müasir dünya trendlərinə uyğunlaşmasına ehtiyac var. Yəni aşağı gövdəli olmalı, daha inklüziv olmalı, brayl əlifbalı olmalı, səsləndirməsi və pandusu olmalıdır, monitorla təmin olunmalıdır. Həmçinin isitmə-soyutma sistemləri ilə təmin olunmalıdır”-deyən ekspert qeyd edib ki, bu il avtobuslar üçün zolaq ayrılsa da, onun bəzi sahələrində yenə də problemlər görünür.

Rauf Ağamirzəyev hesab edir ki, bu sahədə sərt nəzarətə ehtiyac var.

“Daşıyıcıların maliyyə dayanıqlılığı təmin olunmalıdır. Yəni planla olan yığımlar brutto müqavilələrlə əvəzlənməlidir. Yəni daşıyıcıya dövlət tərəfindən hər kilometrə görə subsidiya olmalıdır. Belə olduğu halda bu sahə daha da cəlbedici sahəyə çevriləcək. Daşıyıcıların kredit üçün fürsətləri yaranacaq. Brutto müqavilə təklif olunub, hökumət tərəfindən təsdiqini gözləyir. Bunu da təxirə salınmadan icra etmək lazımdır”-deyən ekspertin fikrincə, brutto müqavilələrə keçid müəyyən vaxt aralığında güzəştlərin tətbiqinə stimul olacaq.

“Böyük şəhərlərdə buna biz rast gəlirik. Fərqli şəhərlərdə 45-60 və ya 90 dəqiqəlik pulsuz keçidlər olur. Uzaq məntəqədən gələn şəhər sakinlərinin xərclərin optimallaşdıran vaxt aralığında bir növdən başqa növə pulsuz keçidi təmin olunur”-deyə Rauf Ağamirzəyev vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 Dekabr 2024 22:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri