Icma.az
close
up
RU
İnnovasiya, investisiya və texnologiyalar üçün unikal platforma

İnnovasiya, investisiya və texnologiyalar üçün unikal platforma

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

“INMerge İnnovasiya Sammiti” rəqəmsal ekosistemin inkişafında yeni imkanlar açır

Sentyabrın 29-da  regionun nüfuzlu “INMerge İnnovasiya Sammiti-2025” işə başlayıb. “PAŞA Holdinq”in təşkilatçılığı ilə keçirilən layihənin əsas məqsədi texnoloji yeniliklər, startaplar və innovativ həlləri təşviq etmək, eləcə də müxtəlif ölkələri təmsil edən iş adamları və investorların şəbəkələşməsinə dəstək olmaqdır. Fintex, telekommunikasiya, elektron ticarət kimi sahələrdən olan innovatorlar, investorlar və sahənin nüfuzlu liderlərinin təmsil olunduğu sammitdə 30-dan çox ölkədən 1000-dən artıq biznes icması iştirak edir. İki gün davam edəcək sammitdə iştirakçılara yüksəksəviyyəli çıxışlar, panel müzakirələri, startap müsabiqələri və şəbəkələşmə imkanları təqdim olunacaq. Builki sammitə “IBM”, “Microsoft”, “Netflix”, “Pixar” kimi bir çox qlobal və yerli şirkətlərin rəhbər və nümayəndələri qatılıblar.

Startaplar və investorları bir araya gətirən platforma

Azərbaycan innovasiyalar və rəqəmsal layihələrin həyata keçirilməsində qabaqcıl  ölkələrlə sıx əməkdaşlıq edir, ən müasir elektron xidmət və bacarıqları mənimsəmək üçün birgə addımlar atır, eyni zamanda onları ölkəmizə gətirərək rəqəmsal ekosistemin inkişafına töhfə verməyə səfərbər edir. “INMerge İnnovasiya Sammiti” bu baxımdan rəqəmsal tərəfdaşlığın mühüm platforması kimi innovasiya ekosisteminin inkişafına töhfə verəcək tədbir hesab edilə bilər. Tədbir ölkədə fəaliyyət göstərən startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün yeni fürsətlər yaratmaq, rəqəmsal şirkətlər arasında fikir və təcrübə mübadiləsini inkişaf etdirmək baxımından da mühüm əhəmiyyət kəsb edir. Sammitdə fintex, telekommunikasiya, e-ticarət, süni intellekt, marketinq, rəqəmsal bacarıqlar üzrə qlobal tərəfdaşların qoşulması, o cümlədən “Youtube”, “Amazon”, “Waze” kimi nəhəng şirkətlərin nümayəndələrinin iştirak etməsi  rəqəmsal sektorda yenilikçi ideyaların ərsəyə gəlməsində də təşviqedici rol oynayacaq.

“INMerge” Mərkəzi Avrasiyanın əsas innovasiya hadisəsidir

“PAŞA Holdinq” MMC-nin baş direktoru Cəlal Qasımov bildirib ki, beş il əvvəl korporativ görüş kimi başlayan tədbir bu gün innovasiyalar, investisiyalar və texnologiyalar üçün aparıcı regional platformaya çevrilib. Builki sammit yeni miqyas və ambisiyalar baxımından daha bir irəliləyiş deməkdir, 5000-dən çox iştirakçı ideya bölüşmək və birlikdə gələcəyi qurmaq üçün toplaşıb.

C.Qasımov qeyd edib ki, “INMerge” Mərkəzi Avrasiyanın əsas innovasiya hadisəsidir və Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan, Özbəkistan və regionun digər ölkələrindən hökumət nümayəndələrini, innovatorları, investorları, korporasiyaları, startapları və ekosistem yaradıcılarını birləşdirir. Azərbaycan bu qabaqcıl biznes ideyası konsepti ilə kapital və tərəfdaşları bir arada toplayır və inkişafın sürətləndirilməsi yollarına açıq dialoq mühiti yaradır. Bunun nəticəsidir ki, sammitdə kapitalın dəstəkləyə biləcək ideyalara və irəliləyişlərə xüsusi diqqət yetirən biznes icması vahid bir iqtisasi zəka zəncirində birləşir. Onlar yeni investisiyalar və innovasiyalar sahəsində partnyor qazanırlar, birlikdə regionun gələcəyinin ikiqat hərəkətverici qüvvəsinə çevrilmək üçün yol xəritələri müəyyənləşdirirlər.

Azərbaycan süni zəka baxışlarını qəbul edən ölkələr sırasına qoşulub

“INMerge İnnovasiya Sammiti”nin əsas çağırışlarından biri süni intellekt üzrə imkanları artırmaq, tədris, təhsil və elmdə müasir vəhdəti formalaşdırmaqdır.

Tədbirdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, həmin prioritetlər üzrə yetərli infrastruktur qurulub və ali təhsil sistemində süni zəkanının təşviqi üzrə strateji baxışlar öz müsbət bəhrəsini verməkdədir. Həmin infrastruktur üzərində süni intellekt və bilik əsaslı sistemlər qurulur və dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb və hazırda yüzlərlə peşəkar mütəxəssis hazırlanır və onlar yaxın illərdə əmək bazarına daxil olacaq.

Qeyd olunub ki, ölkəmizdə çox güclü rəqəmsal infrastruktur qurulub, internetin orta sürəti dəfələrlə artıb. ABŞ ilə əməkdaşlıq çərçivəsində yaxın aylarda “Microsoft Business Platform” istifadəyə veriləcək.Bu platforma dövlət xidmətlərinin vahid pəncərə prinsipi ilə əlçatanlığını təmin edəcək.

Sammitdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin iqtisadi inkişafında qeyri-neft amilinin aparıcı rol oynadığını vurğulayıb. Bildirib ki, neftdənkənar sektordakı artın dinamizm ixracı da stimullaşdırır və bunun nəticəsində 6 ildə qeyri-neft ixracı artıb. Eyni zamanda, iqtisadiyyata daxili və xarici mənbələr hesabına sərmayə qoyuluşları artıb. Bunun əsas səbəbi isə  investisiya iqliminin və etibarlılığın yüksəlməsidir. Sərmayələr son illərdə şaxələnməklə yüksək texnologiyalar sektorlarına yönəldilir ki, bunun nəticəsində Azərbaycanda süni zəka seqmenti formalaşır və ölkəmiz milli süni zəka baxışlarını qəbul edən ölkələr sırasına qoşulub.

“Startap Azərbaycan” platforması sərmayələr cəlb edir

“INMerge Sammiti”ndə robot texnologiyaları, startap quruculuğu sahəsində əldə edilən müsbət nəticələrə də diqqət çəkilib. Vurğulanıb ki, süni innovasiya modelinin mühüm atributlarından biri olan startaplar biznes ideyalarının mükəmməl aləti kimi özünü doğrultmaqdadır. Bunun nəticəsidir ki, builki tədbirə 100-dən çox startap qoşulub ki, onların 70-dən çoxu dünyanın müxtəlif ölkələrindən gəlib. Bu isə regionun ən yaxşı texnoloji istedadlarının unikal bir toplantıda birləşməsi deməkdir.

Bir neçə ildir ki, fəaliyyət göstərən “Startap Azərbaycan” platforması startaplar, investorlar, maliyyə fondları, yeni rəqəmsal alətlərə dəstək verməklə gənc biznes komandasının təşviqinə və böyüməsinə səbəb olmaqdadır. Bunun nəticəsidir ki, süni intellektin atributlarından biri olan bu layihələrə qoşulan gənc istedadların sayı durmadan artır. 2022-2024-cü illər ərzində yerli startaplarımız müxtəlif qlobal investor və təşkilatlardan 2,4 milyon avrodan çox investisiya cəlb ediblər. Bu, ölkəmizin innovasiya potensialına olan inamın göstəricisidir, həm də həyata keçirdiyimiz təşəbbüslərin real nəticəsi kimi qəbul edilə bilər.

Startaplarımız elektron ticarət, səhiyyə və təhsil texnologiyaları, aqrotexnologiya, maliyyə texnologiyaları, ekoloji təmiz texnologiyalar, əşyaların interneti və oyun sənayesi kimi çoxşaxəli sahələri əhatə edib. Bununla yanaşı, Azərbaycanda vençur kapital mexanizmlərinin inkişafı da mühüm mərhələyə qədəm qoyub. Son illərdə yaradılmış müxtəlif fondlar vasitəsilə ümumilikdə 15 milyon dollardan çox kapital formalaşdırılıb və həmin fondlar 2,2 milyon dollardan artıq sərmayəni regionlarda fəaliyyət göstərən startaplara yönəldiblər.

Sammitdə yeni biznes ideyaları və zəka quruculuğunda daha da inkişaf meyarları qazanmaq üçün biznes mühiti ilə bağlı qanunvericilikdə dəyişikliklər edilməsinin vacibliyinə də diqqət çəkilib. Yeni ekosistemdəki yeniliklərin təşviqi baxımından iştirakçılara öz təklif və fikirlərini təqdim etmək barədə çağırış edilib. Həmin təkliflərin nəzərə alınması isə institisional arxitekturanı möhkəmləndirməklə, innovasiya ekosistemində əməkdaşlığı daha da gücləndirməyə imkan verəcək.

E.CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Sentyabr 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see290

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see217

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see155

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see155

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see149

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see145

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see141

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri