Icma.az
close
up
RU
İnnovativ Gac Aion i60 modelinin möhtəşəm Bakıda təqdimatı baş tutdu

İnnovativ Gac Aion i60 modelinin möhtəşəm Bakıda təqdimatı baş tutdu

Icma.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.

(®) İllərin təcrübəsi və gələcəyin texnologiyası bir arada
Ölkəmizin avtomobil sahəsində növbəti əlamətdar və tarixi günlərdən biri yaşandı. Azərbaycan avtomobil bazarında sarsılmaz mövqeyə malik olan və bu il fəaliyyətinin 30 illik yubileyini qeyd edən “Auto Azərbaycan” şirkəti, möhtəşəm bir tədbirlə gələcəyin mobillik anlayışını dəyişəcək yeni mühəndislik incisini – GAC Aion i60 modelini rəsmən ictimaiyyətə təqdim etdi.


1996-cı ildən bu günə qədər ölkəmizdə Hyundai markasının rəsmi və uğurlu təmsilçiliyini həyata keçirən , ən geniş satış və servis şəbəkəsinə malik olan şirkət , eyni zamanda həyata keçirdiyi çoxsaylı korporativ sosial məsuliyyət layihələri ilə də (“Hyundai Run” marafonu, “Yaşıl ofis”, “Bir maşın sevinc” və s.) cəmiyyətimizə böyük töhfələr verib. Keçən il isə “Auto Azərbaycan” ailəsinə yeni və iddialı bir üzvü – qlobal avtomobil sənayesində 70 illik mühəndislik təcrübəsinə malik olan GAC markasını daxil edərək Azərbaycan sürücüsünə tamamilə fərqli bir yanaşma təklif etdi.
Tədbirin açılış nitqini edən “Auto Azərbaycan” şirkətinin direktoru cənab Emil İsmayılov gələn qonaqları salamlayaraq öz çıxışında vurğuladı ki,avtomobil bazarında baş verən dəyişikliklər artıq yeni yanaşmalar tələb edir:

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

 “Bu gün avtomobil sadəcə nəqliyyat vasitəsi deyil. İnsanlar artıq texnologiya, qənaət, təhlükəsizlik və gündəlik istifadədə rahatlıq axtarırlar. Texnologiya, enerji effektivliyi, ekoloji yanaşma, ağıllı idarəetmə sistemləri və istifadə rahatlığı yeni dövrün əsas istiqamətlərinə çevrilib. Xüsusilə son illərdə elektrik və hibrid texnologiyalara keçid qlobal avtomobil bazarının əsas inkişaf xəttidir. Dünyada olduğu kimi, Azərbaycanda da yeni enerji avtomobillərinə maraq sürətlə artır. Biz hesab edirik ki, yaxın illərdə hibrid və elektrik texnologiyaları bazarın əsas istiqamətlərindən birinə çevriləcək.

Məhz bu dəyişən bazar və gələcək perspektivlər fonunda GAC Group və Aion markası innovativ yanaşması ilə qlobal bazarda sürətlə yüksələn brendlərdən birinə çevrilib.

Bu gün isə biz sizə həmin yeni nəslin önəmli nümayəndələrindən birini təqdim edirik — GAC Aion i60”.

Tədbirin xüsusi qonaqlarından biri olan GAC Motor-un Mərkəzi Asiya üzrə Regional direktoru xanım Dawn Duan səhnəyə dəvət edilərək rəsmi çıxış etdi. İki şirkət arasındakı ortaq gələcək vizyonundan danışan xanım Duan öz nitqində Azərbaycan bazarına verdikləri önəmi bu sözlərlə ifadə etdi:
“Bu gün belə mötəbər bir auditoriya qarşısında çıxış etmək mənim üçün böyük şərəfdir. 2024-cü ildən etibarən “Auto Azərbaycan” ilə qurduğumuz strateji tərəfdaşlıq çərçivəsində, GAC Motor olaraq bu dinamik bazara ən yüksək standartları gətirməyi hədəfləmişik. Azərbaycan xalqının texnologiyamıza və dizayn fəlsəfəmizə göstərdiyi müstəsna rəğbət bizi dərindən ruhlandırır. Sizin etimadınız regiondakı sürətli inkişafımızın və uğurlarımızın təməl daşına çevrilmişdir.

Bu gün biz GAC Aion i60 modelinin təqdimatı ilə növbəti əlamətdar addımımızı atırıq. Əminik ki, innovasiya və üstün performansı özündə birləşdirən bu model Azərbaycanın seçici sürücülərinin gözləntilərini tamamilə üstələyəcəkdir.”

GAC Aion i60: texniki üstünlüklər və rəsmi qiymət

Tədbirdə rəsmi təqdimatı keçirilən GAC Aion i60 modeli qabaqcıl texnoloji xüsusiyyətləri və yüksək rəqabət qabiliyyəti ilə diqqət mərkəzində olub. İntellektual idarəetmə və premium komfort prinsipləri əsasında hazırlanan avtomobilin əsas texniki göstəriciləri rəsmi olaraq aşağıdakı kimi bəyan edilmişdir:

●     Mühərrik və performans: 245 a.g. güc və 280 N-m fırlama anı hasil edən REEV (Extended Range Electric Vehicle) sistemi və bir pilləli DHT sürətlər qutusu.

●     Yürüş məsafəsi və qənaət: 50 litrlik yanacaq çəni ilə qarışıq rejimdə 5,5 litr yanacaq sərfiyyatı və ümumilikdə 1240 km yürüş məsafəsi (sırf elektriklə yürüş məsafəsi CLTC üzrə 210 km).

●     Batareya texnologiyası: Maye soyutmalı 29,2 kvt/saat tutumlu "GAC Magazine Battery". Batareyanın 30%-dən 80%-ə qədər sürətli enerji toplama müddəti cəmi 15 dəqiqə təşkil edir.

●     Ölçülər: Avtomobilin qabarit ölçüləri - 4685\1854\1660 mm, təkərlərarası məsafəsi isə 2775 mm-dir.

●     Təhlükəsizlik və intellektual sistemlər: ADIGO Human-Machine interfeysi (12 GB RAM / 128 GB yaddaş), 540 dərəcə görünüş kamerası, Adaptiv kruiz-kontrol (ACC), Zolaqda saxlama (LCC), Avtomatik təcili əyləcləmə (AEB) və Yol nişanlarını tanıma (TSR) sistemləri.

●     Komfort və multimedia: 14,6 düymlük sensorlu LCD ekran, 8,8 düymlük alətlər paneli, 50W gücündə naqilsiz şarj, eləcə də qızdırılması, havalandırılması və masaj funksiyası ilə təchiz olunmuş yaddaş paketli elektrikli ön oturacaqlar.

Müasir mühəndislik həllərini və lüks elementləri özündə birləşdirən GAC Aion i60 modelinin rəsmi satış qiyməti 37 900 AZN olaraq elan edilmişdir. Babək pr.61C  ünvanındakı GAC Azərbaycan avtomobil salonun yaxınlaşıb GAC Aion i60 test sürüşü edə bilərsiniz. Ətraflı məlumat üçün +994 (50) 400 09 89 və +994 (10) 400 09 89 mobil nömrələri ilə əlaqə yarada bilərsiniz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://marja.az
archiveBu xəbər 18 May 2026 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see328

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see309

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see299

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see296

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see289

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see279

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see259

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see256

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see249

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see248

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see245

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see241

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see235

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see235

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see233

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see225

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see213

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see207

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see195

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri