İnqilabı yerdə İran xalqı etməlidir
Icma.az, Gununsesi saytına istinadən bildirir.
İsrailin Baş naziri Benyamin Netanyahu etiraf edib ki, İrana qarşı hava hücumları ilə rejim dəyişikliyinə nail olmaq çətindir. Onun sözlərinə görə, real rejim dəyişikliyi üçün “yer komponenti” tələb olunur.
Gununsesi.info–nun məlumatına görə, Netanyahu mətbuat konfransında İranda bir ayətullahı digərinin əvəz etməsini “Hitleri Hitlerlə əvəz etməsi” kimi şərh edib.
O qeyd edib ki, İran xalqı sonda ayağa qalxmalıdır:
“Biz şərait yarada bilərik, amma onlar, bu şəraitdən düzgün anda istifadə etməlidirlər”.
Benyamin Netanyahu bildirib ki, “inqilab “yalnız havadan” baş verə bilməz:
“Havadan çox şey etmək olar və biz bunu edirik, amma… yer komponenti də olmalıdır”.
“Bu yer komponenti üçün bir çox variant var və mən bütün bu imkanları sizinlə bölüşməyəcəyəm”, – Netanyahu jurnalistlərə deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 20 Mart 2026 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















