Icma.az
close
up
RU
İnsan alveri 25 faiz artıb HESABAT

İnsan alveri 25 faiz artıb HESABAT

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

BMT-nin Narkotik və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC) insan alverinə dair hesabatında insan alverinin 2022-ci ildə COVID-19 epidemiyasından əvvəlki ilə müqayisədə 25 faiz artdığını bildirib.

"Cebheinfo.az" xəbər verir ki, mərkəzi ofisi Avstriyanın paytaxtı Vyanada yerləşən UNODC-nin hazırladığı “2024 Qlobal İnsan Alveri” hesabatı ictimaiyyətlə paylaşılıb.

Hesabatda uşaqların və böyüklərin məcburi əmək və cinayətə cəlb edilməsi məqsədi ilə insan alverində ciddi artım. insanların xüsusilə yoxsulluq, münaqişələr və iqlim şəraiti səbəbindən insan alveri şəbəkəsinə düşmə ehtimalının daha yüksək olduğu vurğulanıb. 

Qlobal miqyasda insan alverçilərinin qurbanı olma nisbətinin epidemiyadan əvvəlki ilə müqayisədə 2022-ci ildə 25 faiz artdığına diqqət çəkilib. Xüsusilə 2019-2022-ci illər arasında məcburi əmək üçün qaçırılan şəxslərin nisbətinin 47 faiz olduğu ifadə edilib.  

Hesabatda uşaq qurbanlarının nisbətinin 31 faiz artdığı, qızların nisbətinin isə 38 faiz olduğu, inkişaf etmiş ölkələrdə insan alverçilərinin tələsinə düşən uşaqların daha çox istismar edildiyi vurğulanıb.

Hesabatda 2022-ci ildə 74 min 785 nəfərin insan alveri şəbəkəsinə düşdüyü, qurbanların 61 faizinin qadın və qızlar olduğu bildirilib.

Mütəşəkkil cinayətkar qruplar tərəfindən oğurlanan oğlanların 45 faizi işləməyə, 47 faizi isə müxtəlif cinayətlərə, xüsusən də dilənçiliyə məcbur edilib.

Hesabatda ən çox şikayətlərin Afrika qitəsi ölkələrində yaşandığı, 2009-cu ildən bu yana iki ildən bir dərc edilən hesabatın 156 ölkəni əhatə etdiyi qeyd edilib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Dekabr 2024 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri