Icma.az
close
up
RU
İnsan alverində təqsirləndirilən şəxs həbsxanada vəfat etdi KONKRET

İnsan alverində təqsirləndirilən şəxs həbsxanada vəfat etdi KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Şirvan Apellyasiya Məhkəməsində insan alverində təqsirləndirilən N.N.-in (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 4 dekabr 2024-cü il tarixli hökmünün ləğv edilməsini istəyib.

Eyni zamanda müdafiəçi Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri), 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri üzrə təqsiri sübuta yetirilmədiyinə görə, S.S.-in barəsində bəraət hökmü çıxarılmasını xahiş edib. Həmçinin zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək, təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın ağırlaşdırılmasını xahiş edib.

Dövlət ittihamçısı apellyasiya protestində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən CM-in 62-ci maddəsinin tətbiq olunmasına dair müddəalar hökmdən xaric edilməklə təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi maddələrin sanksiya həddində, eləcə də cinayətlərin məcmusu üzrə cinayət və cinayət prosessual qanunvericiliyin müddəalarına uyğun cəza təyin edilməklə dəyişdirilməsini xahiş edib.

Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru dövlət ittihamçısı isə məhkəmə baxışı iclasında apellyasiya protestinə dəyişiklik edərək, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməklə cinayət təqibinə xitam verilməsini xahiş eedib. Dəyişdirilmiş apellyasiya protesti onunla əsaslandırılıb ki, Şirvan Apellyasiya Məhkəməsində işə baxılarkən təqsirləndirilən şəxsin öldüyü müəyyən edilib.

Qərara əsasən, apellyasiya şikayətləri təmin edilməyib, dövlət ittihamçısı tərəfindən edilmiş dəyişiklik təmin olunub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü həmin apellyasiya protestinə əsasən ləğv edilib. Təqsirləndirilən şəxs vəfat etdiyinə görə onun barəsində CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə başlanmış cinayət təqibinə xitam verilib.

İttihama görə, S.S. 2016-2020-ci illərdə azərbaycanlı 15 qadını İranın Tehran şəhərinə dəvət edib. Təqsirləndirilən şəxs onları qarşılayıb öncədən tutduğu mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə pasportu götürüb saxlamaqla istintaqa məlum olmayan müxtəlif yerlərdə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edib, onları cinsi istismar etməklə insan alveri cinayətini törədib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://konkret.az
archiveBu xəbər 28 İyul 2025 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see298

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see296

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see281

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see251

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see242

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see233

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see228

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see199

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see197

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see193

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see174

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see162

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see157

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see155

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see155

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see150

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see149

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see148

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see145

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri