Icma.az
close
up
RU
“İnsan amili, onun hüquq və azadlıqları Azərbaycanın Konstitusiyasının əsas diqqət mərkəzində dayanır” RƏY

“İnsan amili, onun hüquq və azadlıqları Azərbaycanın Konstitusiyasının əsas diqqət mərkəzində dayanır” RƏY

Icma.az, Pravda.az-ə istinadən məlumat verir “İnsan amili, onun hüquq və azadlıqları Azərbaycanın Konstitusiyasının əsas diqqət mərkəzində dayanır” RƏY.

Müasir dövlət quruculuğu və xalqın rifahı Azərbaycanda suverenlik və dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi üçün zəmindir. Ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də məhz bu prinsiplərin tarixi əhəmiyyətini, eləcə də gələcəyə yönəlik strateji mahiyyətini  ön plana çıxarır.

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi, professor Hicran Hüseynova bildirib ki, bu il Azərbaycan dövlətçiliyi və xalqı üçün xüsusi əhəmiyyətə malik tarixi hadisələrin növbəti ildönümünü qeyd ediləcək.

H.Hüseynov xatırladıb ki, 30 il əvvəl, 1995-ci il noyabrın 12-də ilk dəfə olaraq müstəqil Azərbaycan Respublikasının əsas qanunu olan Konstitusiya hazırlanaraq ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edilib: “Beş il əvvəl isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 30 ilə yaxın davam edən erməni işğalına son qoyaraq ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa etdi. Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi müstəqillik tariximizin ən vacib hadisələrindən biri olmaqla, eyni zamanda, dövlətçiliyimizin möhkəmləndirilməsi, o cümlədən ölkəmizin dünya birliyində nüfuzunun daha da artması baxımından əhəmiyyətli ictimai-siyasi hadisə idi. Dahi şəxsiyyət Heydər Əliyevin tarixi xidmətlərindən biri də ilk Konstitusiyanın hazırlanması idi. Ulu Öndər  deyirdi: “Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik. Haqqım var, deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd-siyasi, hüquqi sənəd yaratmışıq”. Məlumdur ki,  Konstitusiya dövlət hakimiyyətinin təşkilinin əsas prinsiplərini, insan və vətəndaş hüquq-azadlıqlarını, hakimiyyətlərin bölgüsü və digər demokratik dəyərləri özündə ehtiva edərək, həmçinin olduqca mühüm ideoloji funksiyanı yerinə yetirir. Bu baxımdan 1991-ci ildə ölkəmizdə dövlət müstəqilliyi bərpa edildikdən sonra hüquqi dövlət quruculuğu üçün mühüm  amillərdən biri demokratik dəyərlərə əsaslanan yeni Konstitusiyanın qəbul edilməsi idi. Lakin məlum olduğu kimi, müstəqilliyin ilk illərində ölkədə mövcud siyasi qeyri-sabitlik, xaos və vahid siyasi iradənin mövcud olmaması bu mürəkkəb və məsuliyyətli vəzifənin reallaşdırılmasını qeyri-mümkün etmişdi. Məhz belə çətin tarixi dövrdə xalqın təkidli istəyi və tələbi ilə hakimiyyətə qayıdışından sonra ümummilli lider Heydər Əliyev öz müdrik siyasəti və tarixi uzaqgörənliyi ilə insanları milli dövlətçilik ideyası ətrafında birləşdirməyə nail oldu. Bununla da, dövlət və cəmiyyət həyatının bir çox sahələrini əhatə edən genişmiqyaslı islahatlar həyata keçirilməyə başlandı. O zamanlar ölkədə mövcud olan qanunvericilik sistemi hüquqi və demokratik dövlət ideyasının tələblərinə, qanunun aliliyinin təmin olunmasına uyğun olmamaqla, insan hüquq və azadlıqlarının müdafiəsinə kifayət qədər təminat vermirdi. Bu səbəbdən də öncə qanunvericilik sahəsində köklü islahatların aparılması artıq bir zərurətə çevrilmişdi. Əlbəttə ki, bu islahatları ölkənin əsas qanununu qəbul etmədən reallaşdırmaq qeyri-mümkün idi. Bu səbəbdən qarşıda duran ən vacib məsələlərdən biri məhz yeni Konstitusiya layihəsinin hazırlanması idi. Beləliklə, Milli Məclisin 1995-ci il 2 may tarixli qərarına əsasən, Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın tərkibi təsdiq olundu. Ulu öndər Heydər Əliyev Konstitusiya layihəsini hazırlayan Komissiyanın fəaliyyət göstərdiyi zaman əsas qanunun layihəsinə dair öz dəyərli fikirlərini bildirib və tövsiyələrini verib, hər bir müddəanı şəxsən nəzərdən keçirərək onun qəbul olunmasını təmin etmək üçün böyük əmək sərf edib. Beləliklə, yeni Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddə, preambula və keçid müddəalarından ibarət olmaqla 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilib, 1995-ci il noyabrın 27-dən isə qüvvəyə minib”.

Deputatın sözlərinə görə, Konstitusiyada insan və vətəndaş hüquqlarının və azadlıqlarının, ölkə vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi olaraq müəyyənləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir: “Bu müddəa birbaşa onun göstəricisidir ki, insan amili, onun hüquq və azadlıqları ölkə Konstitusiyasının əsas diqqət mərkəzində dayanır. Azərbaycan Respublikasının Konstitusiyasında ailənin mahiyyəti, ailə üzvlərinin vəzifə və hüquqları xüsusi maddələrlə müəyyən edilib. Həmin sənədin 17-ci maddəsində göstərilir ki, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Bu, bir daha ailə institutunun dövlətimiz üçün nə qədər mühüm əhəmiyyət kəsb etdiyinin sübutudur. Dövlətimizin əsas sənədində ümumbəşəri dəyərlərlə milli dəyərlər harmoniya şəklində  təqdim olunur. Yəni biz qanun aliliyi prinsipinə və milli adət-ənənələrimizə eyni münasibət bəsləyirik. Konstitusiyanın 34-cü maddəsində qeyd olunur ki, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ var. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə və ya ərə verilə bilməz. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Digər tərəfdən isə valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. Yəni valideynə hörmət, qayğı bu bizim mədəniyyətimizdir. Bu sənədin müddəaları əsas tutulmaqla 2000-ci ildə Ailə Məcəlləsinin qəbul olunması ilə ailə üzvlərinin digər hüquq və vəzifələri təsbit olunub. Həmin Məcəllənin 29-cu maddəsində  qeyd olunur ki,  Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar. "Ailə bizim cəmiyyətimizin əsas sütunudur" – Möhtərəm Prezident cənab İlham Əliyevin bu fikirləri Azərbaycan ailə institutunun nə qədər önəmli olduğunu bir daha vurğulayır. Ailə yalnız bioloji bağlarla deyil, mənəvi dəyərlərlə, sevgi, qayğı və qarşılıqlı anlayışla formalaşan bir sistemdir. Xüsusilə uşaqların və gənclərin düzgün yetişməsində valideynlərin rolu əvəzolunmazdır. Cənab Prezident İlham Əliyevin yeddinci çağırış Milli Məclisin ilk iclasında ailə dəyərlərinin qorunması və tərbiyənin əhəmiyyəti ilə bağlı səsləndirdiyi fikirlər dövlətimizin ailə siyasətinin prioritet istiqamətlərini bir daha təsdiqləyir. Ailə cəmiyyətin təməl daşı, milli kimliyimizin və mənəvi dəyərlərimizin daşıyıcısıdır. Uşaqların sağlam ruhda böyüməsi, milli-mənəvi dəyərlərə sadiq vətəndaş kimi yetişməsi üçün ailədə və məktəbdə aldıqları tərbiyə həlledici rol oynayır. Bununla yanaşı, cəmiyyətin ümumi mənəvi mühiti də bu prosesə birbaşa təsir göstərir. Dövlət başçımızın da qeyd etdiyi kimi, bu məsələ daim diqqət mərkəzində saxlanmalı və müvafiq qurumlar üzərlərinə düşən məsuliyyəti dərk etməlidirlər. Azərbaycan Respublikasının ali hüquqi sənədi olan Konstitusiyaya əsasən, dövlət hər bir insanın irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Konstitusiya qadın və kişilərin bərabər hüquqlarını, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququnu təmin edir. Məhz Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasında qadınların kişilərlə bərabərhüquqlu olması təsdiq edilib və qeyd edilib ki, ölkədə kişi ilə qadının eyni hüquq və azadlıqları vardır. Bununla da, demokratik cəmiyyət quruculuğunda qadınların iştirakının hüquqi bazası yaradılıb. Bu isə öz növbəsində ictimai-siyasi həyatımızın bütün sferalarında gender siyasətinin güclənməsinə gətirib çıxarıb. Qadın hüquqları həm qanunlar, həm də bir sıra məcəllələrlə (Ailə, Mülki, Əmək, Cinayət, İnzibati Xətalar və  digər) təsbit olunub. Milli qanunvericiliyin əsasını təşkil edən Konstitusiyada qadın və kişilərin bərabər hüquqları təmin edilir. Bununla da, demokratik cəmiyyət quruculuğunda qadınların iştirakının hüquqi bazası yaradıldı. Qadın hüquqlarının qorunması üçün bir çox hüquqi- normativ aktlar, qanunlar təsdiqləmiş, mühüm sərəncam və fərmanlar imzalandı. Bu isə öz növbəsində ictimai-siyasi həyatımızın bütün sferalarında gender siyasətinin güclənməsinə gətirib çıxardı. 1998-ci ildə "Azərbaycanda qadınların rolunun artırılması haqqında",  2000-ci ildə “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamları,  “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” 2006- cı il, “Məişət zorakılığının qarşısının alınması haqqında” 2010-cu ildə qəbul edilən qanunlar qadınların istənilən sahədə fəaliyyət göstərməsi üçün münbit şərait yaratdı. Bu qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verməyə başladı. Eyni zamanda, bir çox stereotiplərin qırılmasına səbəb olub. Xüsusilə, ana və uşaqların sağlamlığının mühafizəsi önəmli məsələlərdən biri idi. Ailədə sağlam uşaqların doğulması, eləcə də, narahatlıq doğuran məsələlərdən biri olan qan qohumluğunun qarşısının alınması istiqamətində göstərişlər verir və ən müxtəlif səviyyələrdə müzakirələr aparırdı. Ulu Öndərin imzaladığı “Əhalinin sağlamlığının qorunması haqqında” qanunu xüsusilə qeyd etmək lazımdır. Həmçinin Konstitusiyanın qəbul olunması uşaqların sağlamlığı, onların yaxşı təhsil və təlim - tərbiyə alması, ailə mühitində böyüməsi, hüquqlarının müdafiəsi istiqamətində güclü qanunvericilik bazası formalaşmasına səbəb oldu. Əlbəttə ki, ölkədə hüquqi, siyasi, sosial və iqtisadi vəziyyət dəyişdikcə, eyni zamanda ictimai münasibətlər inkişaf etdikcə Konstitusiyanın da müəyyən müddəalarının təkmilləşdirilməsi, müvafiq əlavələrin və dəyişikliklərin edilməsi zərurəti meydana çıxır. Məhz belə zərurətdən irəli gələrək 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumlar nəticəsində Əsas Qanuna bir sıra mühüm əlavələr və dəyişikliklər edilib. Müasir çağırışları və yenilikləri özündə ehtiva edən Konstitusiya islahatları demokratik dəyərlərin bərqərar olması, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, ölkəmizdə gedən demokratikləşmə proseslərinin daha da dərinləşməsi kimi məqsədlərə xidmət edir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi vaxtdan bu günədək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Onun xarici siyasəti nəticəsində Azərbaycan regionun ən güclü və suveren dövlətinə, eləcə də yüksək beynəlxalq nüfuza malik olan ölkəyə çevrilib. 30 ilə yaxın davam edən erməni işğalına son qoyulub, Qarabağ və Şərqi Zəngəzur işğaldan azad olunub.  Bu gün xalqımız Ümummilli Liderin siyasi varisi – yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə ölkəmizi, mədəniyyətimizi, tariximizi, mədəni irsimizi yüksək səviyyədə beynəlxalq aləmdə təbliğ edir.  Biz inanırıq ki, Prezident İlham Əliyev dövlətimiz qarşısında taleyüklü məsələləri xalqımızın dəstəyi ilə başa çatdıracaq, ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik irsini öz quruculuq fəaliyyəti ilə daha da zənginləşdirəcək”.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə bildirib ki, İnsan hüquqlarının qorunması ideyası İkinci Dünya müharibəsindən sonra beynəlxalq müstəviyə çıxıb, ilk dəfə BMT Nizamnaməsində təsbit olunub: “1948-ci il dekabrın 10-da BMT Baş Assambleyası insan hüquqları haqqında bəyannamə qəbul etdi. Sonra insan hüquq və azadlıqları haqqında Avropa Konvensiyası qəbul edilib. Bütün müstəqil dövlətlər öz daxilində vətəndaşlarının hüquq və azadlıqlarının qorunması sahəsində qanunvericilik bazasının formalaşdırılması ilə bağlı üzərilərinə öhdəliklər götürüblər. Azərbaycan da 1991-ci ildə müstəqillyini bərpa etdikdən sonra həm insan hüquqları haqqında bəyannaməni hüquqi müstəvidə qəbul etdi, həm də insan hüquq və azadlıqları barədə Avropa Konvensiyasına qoşulmaqla öz qanunvericiliyində bu sahəyə xüsusi önəm verdi, 1995-ci ildə qəbul edilmiş Konstitusiyada insan hüquq və azadlıqları təsbit olundu. Konstitusiyanın 3-cü fəsli tam olaraq insan hüquq və azadlıqlarına həsr edilib. Bu sahədə qanunvericilik bazası  formalaşıb. Deyə bilərik ki, bu gün Azərbaycanda insan hüquq, azadlıqları və bunun qorunması ilə bağlı mükəmməl qanunvericilik bazası mövcuddur. 2002-ci ildə Azərbaycanda "İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında" qanun qəbul edilib. 18 iyun ölkəmizdə İnsan Hüquqları Günü kimi təsdiq edilib, eyni zamanda ölkəmizdə insan hüquqları üzrə müvəkkil institutu formalaşıb. Bir sıra qanunvericilik aktları ilə Azərbaycanda əsas insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində baza formalaşdırılıb. Konstitusiyanın 3-cü fəslində təsbit olunmuş müddəalarla əsas insan hüquq və azadlıqları, vətəndaş hüquqları, onların siyasi partiyalarda birləşmək hüquqları və bir sıra hüquqları təsbit olunub, həm siyasi partiyalarda, həm ictimai birliklərdə birləşməklə Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarını həyata keçirmək imkanları əldə olunub. İnsan hüquqları doğulduğu andan hər kəsə məxsusdur. Qanunvericilik bazası bu hüququn həyata keçirilməsində önəmli rol oynayır. Təəssüf ki, bir sıra beynəlxalq təşkilatlar Azərbaycanda guya insan hüquqlarının pozulması məsələsini gündəmə gətirirlər. Azərbaycan müstəqillik əldə edəndən sonra işğal faktı ilə üzləşdi, təxminən, 300 mindən artıq soydaşımız Qarabağdan, Şərqi Zəngəzur və ətraf rayonlardan məcburi köçkün düşmək vəziyyətində qaldı. Doğma dədə-baba yurdlarından didərgin düşmüş şəxslər əslində insan hüquqları pozulmuş şəxslərdir. Təəssüf ki, bu məsələyə beynəlxalq müstəvidə diqqət ayrılmadı. Son bir əsr ərzində 1 milyona yaxın bacı-qardaşımız bu gün Qərbi Azərbaycan adlandırdığımız torpaqlardan, əslində isə tarixi Azərbaycan torpaqlarından qovuldular. Həm sovetlər dönəmində, həm də 1988-ci ildə deportasiyaya, soyqırımına məruz qaldılar. Bütün bunlar beynəlxalq təşkilatlar tərəfindən gözardı edilir. Azərbaycan dövləti öz gücünə suverenliyini, ərazi bütövlüyünü, Qarabağ və ətraf rayonlara, Şərqi Zəngəzura vətəndaşlarımızın geri qayıtmaq hüquqlarını bərpa etdi. İndi isə "Böyük Qayıdış" layihəsi uğurla davam etdirilir, dövlət tərəfindən ciddi addımlar atılır. Qarşıdakı hədəflərimizdən biri Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın dədə-baba torpaqlarına qayıdış hüququnun beynəlxalq müstəvidə təsbit edilməsinə nail olmaqdır. Cəmiyyət tərəfindən qəbul edilmiş bir sıra hüquq müdafiəçiləri, ombudsman, aidiyyəti qurumlar, siyasi partiyalar, məhkəmələr də müxtəlif məsələlərlə bağlı hüquqları pozulmuş insanların hüquqlarının bərpası istiqamətində fəaliyyət göstərirlər. Hər bir insanın ombudsmana müraciət etmək hüququ da var. İnsan hüquq və azadlıqlarının qorunması bu istiqamətdə mükəlləf olmuş dövlət qurumlarının da birbaşa vəzifəsidir. 2025-ci il "Konstitusiya və Suverenlik İli" elan olunub. Hesab edirəm, bu il insan hüquq və azadlıqlarının qorunması məsələsi xüsusi diqqət mərkəzində olmalıdır. Ümid edirik, sadaladığımız işlər, atılan addımlar öz bəhrəsini verəcək".

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusu üzrə dərc olunub.

Aytəkin Qardaşova

Hadisənin gedişatını izləmək üçün Icma.az-da ən son yeniliklərə baxın.
seeBaxış sayı:22
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün avtobuslar bu saata qədər işləyəcək

21 Fevral 2025 12:55see361

Kürdəmirdə maşın kanala düşdü: ölənlər var

20 Fevral 2025 22:17see176

“Ukrayna tortu” uğrunda amansız savaş: Avropa sıxışdırılır ŞOK DETALLAR

21 Fevral 2025 18:15see170

Bosch 550 işçini ixtisar edə bilər

20 Fevral 2025 22:52see124

Məşhur müğənni qəhvəxanada yaşlı kişilərlə belə pozalar verdi FOTOLAR

21 Fevral 2025 00:52see123

Polis əməkdaşları ölkə boyu gücləndirilmiş rejimdə xidmət aparır FOTOLAR

21 Fevral 2025 02:35see117

Qarabağ müharibəsinin iştirakçısı Xocalıda minaya düşdü

21 Fevral 2025 20:09see111

Xarici brendlərin Rusiyaya qaytarılması üçün şərtlər...

21 Fevral 2025 21:35see110

Həkimlər də şoka düşdü: Ağ ata anadan qara körpə doğuldu

21 Fevral 2025 03:31see110

Hava şəraiti ilə bağlı son vəziyyət AÇIQLANDI

21 Fevral 2025 21:47see109

Güclü qar səbəbindən təhsil dayandırılıb

21 Fevral 2025 03:02see109

Ağrı hissini nəyin artırdığı ortaya çıxdı

21 Fevral 2025 07:16see109

Aİ ölkələri Rusiyadan nə qədər qaz alır? RƏQƏMLƏR KONKRET

21 Fevral 2025 17:47see108

Şəhid oğlu olan bu məşhurun toyudur Fotolar

21 Fevral 2025 21:39see108

Xarici İşlər Nazirliyi Xocalıda baş vermiş mina partlayışına münasibət bildirib

21 Fevral 2025 21:43see108

Sürücü idarəetməni itirdi, svetoforu aşırdı Video

21 Fevral 2025 00:27see108

Ermənistanda NATO nun iştirakı ilə hərbi təlim keçirilir

21 Fevral 2025 01:50see108

Zoğal bu infeksiyanın qarşısını alır

21 Fevral 2025 20:14see107

Cəbhədə və masada...

21 Fevral 2025 09:38see107

2024 cü ildə ən çox satılan 10 avtomobilin adı açıqlanıb…

21 Fevral 2025 01:08see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri