Icma.az
close
up
RU
Davos Forumu çərçivəsində Azərbaycanın qlobal əməkdaşlıq imkanları diqqət mərkəzində olub RƏY AZƏRTAC

Davos Forumu çərçivəsində Azərbaycanın qlobal əməkdaşlıq imkanları diqqət mərkəzində olub RƏY AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 25 yanvar, AZƏRTAC

Azərbaycan bir sıra önəmli beynəlxalq platformalarda fəal iştirak edir. Belə platformalardan biri də ənənəvi olaraq hər il İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumudur. 1974-cü ildən sonra demək olar hər il keçirilən Dünya İqtisadi Forumu bu il “Ağıllı əsr üçün əməkdaşlıq” devizi altında təşkil olunub. Prezident İlham Əliyev hər dəfə Davos Forumu kimi nüfuzlu platformadan istifadə edərək Azərbaycan həqiqətlərini, habelə ölkəmizin təşəbbüsü ilə həyata keçirilən mühüm regional nəqliyyat və enerji layihələrinin önəmini dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Dövlətimizin başçısı bu dəfə də Forum çərçivəsində müxtəlif görüşlər keçirərək nəzərdə tutulan regional layihələr, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi Azərbaycanın mühüm rolunu diqqət mərkəzində saxlayıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

O qeyd edib ki, budəfəki Forumda beş əsas istiqamət üzrə müzakirələr təşkil olunub. Belə ki, bu müzakirələrə inkişafın yenidən dizayn edilməsi, intellektual əsrdə sənayelər, insan kapitalına investisiya, planetin mühafizəsi və etimadın bərpası mövzuları daxildir. Forum çərçivəsində təşkil olunan sessiyalarda qlobal təhlükəsizlik, ticarət, iqtisadi artım, iş yerləri, iqlim və təbiətlə bağlı fəaliyyətlər, enerji keçidi, texnoloji pozulmalar, sağlamlıq və rifah üzrə irəliləyişlərlə bağlı müzakirələr aparılıb. Tədbirin başlıca məqsədi kollektiv fəaliyyət azadlığını bərpa etmək və liderlər arasında şəffaflıq, ardıcıllıq və hesabatlılıq kimi əsas prinsipləri gücləndirməkdir.

Deputatın fikrincə, Forumda Azərbaycana marağın yüksək olduğunu deməyə ciddi əsaslar var. Çünki Azərbaycanın iştirak etdiyi son tədbirdən bəri regionda vəziyyət tamamilə dəyişib, ölkəmiz yeni reallıq yaradıb. Azərbaycanın Vətən müharibəsində Qələbəsindən, eləcə də suverenliyini tam bərpa etdikdən sonra bölgədə geniş əməkdaşlıq imkanları formalaşıb. Ölkəmizdə əlverişli investisiya mühiti mövcuddur. Azad edilmiş ərazilərimizdə isə sərmayələrin yatırılması üçün böyük potensial var. Ona görə də əminliklə söyləmək olar ki, bu dəfə beynəlxalq şirkətlərin Azərbaycana marağı daha böyük olacaq. Prezident İlham Əliyev Forum çərçivəsində bir sıra ölkələrin rəhbərləri ilə görüşməklə yanaşı, dünyada tanınmış bəzi şirkətlərin rəhbərləri ilə də görüşlər keçirib, əməkdaşlığa dair müzakirələr aparılıb. Belə ki, iqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Forum iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə Davos Forumu ümumdünya məsələlərin müzakirəsi və vacib qərarların qəbulunda əlverişli mühit deməkdir.

“Forum dünyanın iqtisadi coğrafiyasında yeni təşəbbüskarlığa, o cümlədən enerji-nəqliyyat layihələrinin gerçəkləşməsinə siyasi dəstəyi də ifadə edir. Bu baxımdan Azərbaycanın liderliyi ilə regionda reallaşan enerji-nəqliyyat, bərpaolunan enerji layihələri qlobal iqtisadiyyata yeni istiqamətlər vermək baxımından əhəmiyyət kəsb edir. 55-ci Davos Forumu da Azərbaycan üçün olduqca məhsuldar və səmərəli keçib. Prezident İlham Əliyevin Davosda qarşı tərəflərin müraciəti əsasında Almaniya Kansleri Olaf Şolts, İsrailin Prezidenti İsxak Hersoq, Latviya Prezidenti Edqars Rinkeviçs, İraq rəhbəri Camal Rəşid, Ukrayna Prezidenti Volodimir Zelenski və digər şəxslərlə keçirdiyi görüşlərdə Azərbaycan ilə həmin ölkələr arasında iqtisadi, ticari, mədəni, humanitar əlaqələrin inkişaf etdirilməsi barədə geniş fikir mübadiləsi aparılıb. Biznes dairələrinin qarşılıqlı səfərlərinin təşkilinin, onlar arasında birbaşa təmasların yaradılmasının vacibliyi qeyd olunub. “Azərbaycanın dövlət başçısının dünyanın nəhəng investisiya və maliyyə şirkətlərinin rəhbərləri ilə də görüşləri yaddaqalan olub. Onların sırasında “The Goldman Sachs Group İnc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə görüş xüsusi vurğulanmalıdır. Görüşdə Azərbaycan ilə “The Goldman Sachs Group Inc.” şirkəti və digər təşkilatlar arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Bütün bunlar Azərbaycan Prezidentinin dünyada yüksək nüfuzundan xəbər verir”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Yanvar 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri