Icma.az
close
up
RU
İnsan əməyini tamamilə əvəz edəcək startap təqdim edildi

İnsan əməyini tamamilə əvəz edəcək startap təqdim edildi

Icma.az, Olke.az saytına istinadən bildirir.

Məşhur süni intellekt tədqiqatçısı Tamay Besiroğlu tərəfindən yaradılan və bu həftə təqdim olunan "Mechanize" adlı yeni startap diqqət çəkə bilib.

Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, startapın əsas hədəfi bütün işin və iqtisadiyyatın tam avtomatlaşdırılması və  hər növ əmək fəaliyyətini süni intellekt vasitəsilə əvəz etməkdir. Besiroğlu bu təşəbbüsü "X" sosial şəbəkəsində açıqlayıb və qeyd edib ki, layihə ilk mərhələdə ofis işlərinə yönələcək.

Startapın elanından sonra sosial şəbəkələrdə tənqidlər səngiməyib. İstifadəçilər həm "Mechanize"in məqsədini, həm də Besiroğlunun süni intellektin iqtisadi təsirlərini öyrənən "Epoch" tədqiqat institutuna mümkün mənfi təsirlərini müzakirə ediblər. Bəzi şərhçilər bu addımın institutun tərəfsizliyini şübhə altına aldığını bildiriblər. Xatırladaq ki, "Epoch" daha əvvəl də "OpenAI" ilə əməkdaşlığı barədə açıqlamaları gecikdirdiyinə görə tənqid olunmuşdu.

Besiroğlu "Mechanize"in bazar potensialını insanların hal-hazırda aldıqları maaşlar üzərindən hesablayaraq təqdim edib. Onun sözlərinə görə, təkcə ABŞ-da işçilərə illik 18 trilyon dollar ödənilir, qlobal miqyasda isə bu rəqəm 60 trilyon dollardan çoxdur. O iddia edir ki, əmək fəaliyyətinin tam avtomatlaşdırılması partlayış xarakterli iqtisadi artıma, rifahın yüksəlməsinə və bu gün mövcud olmayan məhsul və xidmətlərin meydana çıxmasına səbəb ola bilər.

Lakin ekspertlər bildirirlər ki, iş yerlərinin tam avtomatlaşdırılması ciddi sosial-iqtisadi problemlər yarada bilər. Besiroğlu isə cavab olaraq qeyd edir ki, gələcəkdə insanlar AI-nin edə bilmədiyi rollarda daha dəyərli ola bilər və dolanışıqlarını kirayə gəliri, dividendlər və ya dövlət dəstəyi ilə təmin edə bilərlər. Hazırda isə o, bu vizyonu reallaşdırmaq üçün yeni işçilər axtarır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://olke.az
archiveBu xəbər 20 Aprel 2025 20:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see268

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see243

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see235

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see232

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see226

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see208

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see205

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see200

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see195

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see189

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see186

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see184

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see178

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see176

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see171

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see163

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see158

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see156

UEFA Millətlər Liqası: Türkiyə ardıcıl üçüncü oyunda məğlub olub

03 Oktyabr 2026 00:46see156

Real Madrid onun üçün 200 milyon ödəyəcək?

03 Oktyabr 2026 00:00see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri