Icma.az
close
up
RU
“İnsan Hüquqları Aylığı” çərçivəsində Daxili İşlər Nazirliyinin Polis Akademiyasında dəyirmi masa təşkil olunub

“İnsan Hüquqları Aylığı” çərçivəsində Daxili İşlər Nazirliyinin Polis Akademiyasında dəyirmi masa təşkil olunub

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 13 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan edilmiş “İnsan Hüquqları Aylığı” çərçivəsində Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Azərbaycan Respublikasının Konstitusiyası suverenliyin və insan hüquqlarının təmin olunmasında mühüm hüquqi bazadır” mövzusunda dəyirmi masa keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Hüquq və İnsan Haqları İnstitutunun nümayəndəsinin, Polis Akademiyasının professor-müəllim heyətinin, kursant və magistrlarının iştirak etdiyi tədbirdə Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov mövzu ilə bağlı məruzə ilə çıxış edib. O, hər il mayın 18-dən iyunun 18-dək keçirilən “İnsan Hüquqları Aylığı”nın əsas məqsədinin cəmiyyətdə hüquq düşüncəsinin və mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyə, korrupsiyaya, zorakılığa və digər neqativ hallara, habelə zərərli vərdişlərə qarşı mübarizənin gücləndirilməsi olduğunu diqqətə çatdırıb.

Eyni zamanda, insan hüquq və azadlıqlarının səmərəli təmini sahəsində həyata keçirilən islahatlar, Konstitusiya və suverenlik dəyərlərinin təbliği, eləcə də Ombudsmanın hüquqi statusu, səlahiyyətləri və genişmiqyaslı fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.

İnteraktiv formada keçirilən tədbirdə geniş fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 İyun 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see190

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see190

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see158

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see154

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see141

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see128

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see126

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see125

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see125

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see124

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri