Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

İnsan maşına, maşın insana yol vermir...

İnsan maşına, maşın insana yol vermir...

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bizlər haqqında hansı cəza tədbirlərini, hansı cərimələri tətbiq etsələr də, yenə, necə deyərlər, yolumuzdan dönən deyilik. Bu səbəblə də elə yolumuzla da düzgün getmirik. Baxmayaraq ki, qarşıda işıqfor var, keçid xətti var, buna kimdir məhəl qoyan? Kim haradan gəldi, yolu keçir. Maşının altında qalanda da deyirik ki, günah maşındadır, bizdə deyil.

Bəs görəsən, nə üçün dövlət əziyyət çəkib, vəsait xərc edib lazımı yerlərə işıqforlar qoyub, piyada keçidləri salıb, hətta piyadaların rahatlığı üçün keçidlər də yaradılıb, istər yerüstü, istərsə də yeraltı. Buna ki, əhəmiyyət verən olmayacaqdı, bunlardan ki, istifadə edən olmayacaqdı, nəyə lazım idi bu qədər xərc, vəsait və əziyyət?..

İnsanlar vallah, həyatlarından beziblər. Onları böyük, həm də sürətli magistrallarda görərkən belə qənaətə gəlmək olur. Görəsən niyə həyatlarından beziblər? Axı birimizə bir şey olanda o birilərimiz dünyanı dağıdırıq ki, günah mənim uşağımda, qardaşımda, bacımda, əmimdə, xalamda olmayıb, filankəsdə olub...

Bəs bu iddiaları edənlər niyə bircə kəlmə yaxınlarına demirlər ki, ay bala, ay əzizim yolu düzgün keç. Sənə ayrılan hissə ilə sənə ayrılan vaxtda keç, ölümün gəlməsin.

Bir də baxırsan ki, budur, böyük bir magistral yolda maşın qarışıb insana, insan da maşına. Maşın insana yol verir, hansı ki, özünün keçmək vaxtıdır. Lakin insan maşına yol vermir, hansı ki, özünün keçmək haqqı da, hüququ da yoxdur.

Bir də baxırsan ki, lap yaxında yeraltı keçid var, təhlükəsiz, filansız. Lakin adamlar həmin yoldaca yerin üstündədirlər, maşınların arasından ilan kimi qıvrıla-qıvrıla ötürlər, keçirlər.

Bir də baxırsan ki, yerüstü keçidi qoyub insanlar həmin yolu maşınların arası ilə, avtomobillərin siqnal səsi əhatəsində şütüyərək keçirlər.

Deyirsən, İlahi, bizə görəsən, nə olub? Nə üçün həyatımızdan belə asanlıqla vaz keçirik? Nə üçün bizim üçün yaradılanları görməyə gözümüz yoxdur ? Və ya görən gözümüz yoxdur. Və yaxud da görə bilmirik. Məgər gözlərimizi bizə İlahi- pərvərdigar yalnız baxmaqdan yanamı, dünya işığına kor qalmamaqdan yanamı verib? Bizlərdən heç kimə görməyi nəsib etməyib?

Nə üçün yalnız baxırıq, həm də düz burnumuzun ucuna baxırıq. Yaxşı olmaz ki, bir ayağımızın altına, bir başımızın üstünə, bir aşağıya, bir yuxarıya da baxaq. Axı baxsaq, görməli şeylər çoxdur. Yaxşı bu görməlilərin hamısını görməyək. Ancaq işıqforu, piyada keçid xətlərini, yeraltı, yerüstü keçidləri görək axı. Axı görməsək, maşın vurub bizi öldürəcək, ömrümüzü əlimizdən alacaq...

Hamımız yaxşı bilirik ki, onsuz da bizə nə isə olub? Amma nə olduğunu bilmirik. İndi yolun ortasındakı insanları qoyaq bir kənara, elə həmin yoldakı maşınlardan bir azca danışaq. Onsuz da yeri gəldi, gəlmədi maşınlar siqnallayır. Niyə, nə üçün, nədən ötrü, bunu hələ ki, bilən yoxdur. Amma yolda adam olanda bunu bilmək o qədər çətin deyil ki, bizdən yana siqnallayır. Deyir ki, ay piyada, niyə əcəlinlə oynayırsan, dur o sarı xəttin o tərəfində vaxtını, yolunu gözlə də.

Biz nə edirik, nə maşın, nə sürücü, nə işıqfor, nə keçid, heç birinə məhəl qoymuruq. Çünki bildiyimiz biləyimizdədir. Adət etmişik, ilan kimi maşınların arasında rəqs etməyə.

Deyəndə də deyirik ki, sürət zamanıdır. İndi ki, qaçmadın, demək ki, batdın. Vallah, bu sürət zamanı yəqin o deməkdir ki, yat, qal saat 10-a, 11-ə kimi, sonra da yolda əcəlinlə oyna ki, mən təcili işə, dərsə, filan yerə çatmalıyam. Və yaxud da ki, gedəcəyim hər yerə?..

Nə olardı ki, evdən tez çıxıb bu “sürət zamanı” anlayışını leksikologiyamıza daxil etməzdik də. Axı bu anlayış axırımıza çıxacaq. Hamımızın maşınlar altında canımızı alacaq...

Mətanət Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Sentyabr 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see655

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see423

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see379

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see272

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see265

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see262

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see241

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see230

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see225

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see211

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see206

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see206

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see204

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see203

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see198

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see197

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see188

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see184

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see178

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri