Icma.az
close
up
RU
İnsan neçə dil öyrənə bilər? Alimlərdən maraqlı ARAŞDIRMA

İnsan neçə dil öyrənə bilər? Alimlərdən maraqlı ARAŞDIRMA

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Dünya əhalisinin təxminən yarısı yalnız bir dildə danışır. Ən azı beş dil bilən poliqlotların payı isə dünya əhalisinin 1 faizindən azdır.
Bizim.Media xəbər verir ki, bununla belə, tarixdə beşdən çox dil bilən insanlar olub.
Müasirlərinin xatirələrinə görə, XIX əsrdə yaşamış italiyalı kardinal Cüzeppe Qaspar Metszofanti 38 dil bilirdi. 1854–1859-cu illərdə Honkonqun qubernatoru olmuş ser Con Bau­rinq isə 200 dil bildiyini və onlardan 100-də danışa bildiyini iddia edirdi. O, həqiqətən də dilçi olub, lakin neçə dil bildiyini, görünür, özündən başqa heç kim dəqiq hesablamayıb.
Lakin IFLScience elmi portalının haqlı olaraq qeyd etdiyi kimi, burada əsas məsələ dillərin sayı deyil, onların hansı səviyyədə mənimsənilməsidir. 
Bəs insan bir dili bildiyini söyləmək üçün onu nə dərəcədə dərindən öyrənməlidir? Əgər dili səthi şəkildə mənimsəməyin mümkün olduğunu qəbul etsək, insan ömrü boyu neçə dili nisbətən dərindən öyrənə bilər?
 

2018-ci ildə “The New Yorker” jurnalı müasir dövrdə poliqlotların mövcudluğu məsələsini araşdırıb. Britaniyalı hiperpoliglot və hər il keçirilən Poliqlotlar Konfransının təşkilatçısı Riçard Simkott jurnala müsahibəsində bildirib ki, dilin bütün incəliklərini öyrənmək köhnəlmiş yanaşmadır və bu, yalnız bir dil bilən insanların maraqlandığı standartdır.


Digər çətin məsələ nadir və qədim dilləri bilmək iddiasını yoxlamaqdır. Hətta “dili bilmək” anlayışının onun əsas səviyyədə mənimsənilməsi demək olduğunu fərz etsək belə, nadir yerli dillər üzrə bu bacarığı yoxlamaq demək olar ki, mümkün deyil. 
Bunun parlaq nümunələrindən biri livanlı poliqlot Ziad Fazadır. O, ərəb, ispan, suahili və tacik dilləri də daxil olmaqla, 59 dilə yiyələndiyini iddia edirdi. Uzun müddət “Ginnesin Rekordlar Kitabı”na görə rekordçu hesab edilən Faza 1997-ci ildə Çili televiziyasında yayımlanan tok-şouya qatıldıqdan sonra vəziyyət dəyişdi.
Müxtəlif ölkələrdən olan tamaşaçılar ona sadə suallar ünvanlasalar da, o, onların bir çoxunu başa düşə bilmədi.
Faza uğursuzluğunu prodüserlərin onu sınağa çəkəcəkləri barədə əvvəlcədən xəbərdar etməməsi və özünün həddindən artıq həyəcanlanması ilə izah etməyə çalışıb. 
Müəyyən mənada Fazanın sözlərini neyrobioloqların son araşdırmaları da təsdiqləyir. Bu il Massaçusets Texnologiya İnstitutunun alimləri poliqlotların beyin fəaliyyətinə dair tədqiqat dərc ediblər. Toplanan məlumatlara əsasən, istənilən dilin səsləri beyində eyni sahələri aktivləşdirir.
Poliqlot həmin dili nə qədər yaxşı bilirdisə, beyin aktivliyi də bir o qədər yüksək olurdu. Yalnız iştirakçıların ana dili istisna təşkil edirdi: ana dilini eşidərkən beyində aktivlik, əksinə, minimum səviyyədə olurdu.
 

Tədqiqatın müəllifi, Massaçusets Texnologiya İnstitutunun professoru Evelina Fedorenko bunu ana dilimizlə daha uzun müddət təmasda olmağımız və ondan digər dillərlə müqayisədə xeyli fəal istifadə etməyimizlə izah edir.


Əlbəttə, xarici dil bilmək özlüyündə dərman deyil. Lakin dil öyrənmə prosesi yeni neyron əlaqələrinin yaranmasına və mövcud əlaqələrin möhkəmlənməsinə kömək edir. Bu isə istənilən halda qocalan beynin fəaliyyətinə müsbət təsir göstərir.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 Oktyabr 2026 23:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see695

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see656

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see391

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see245

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see241

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see237

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see220

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see212

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see201

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see197

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see197

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see188

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see188

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see183

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see181

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see180

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see165

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see165

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see165

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri