Alimlərdən yaddaşla bağlı mühüm ARAŞDIRMA
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müntəzəm fiziki aktivlik Parkinson xəstəliyi olan insanlarda yaddaş, düşünmə və hərəkət funksiyalarının pisləşməsini ləngidə bilər.
Redaktor.az xəbər verir ki, bu qənaətə ABŞ-nin Cincinnati Universitetinin alimləri gəlib. Araşdırmanın nəticələri “Neurology” jurnalında dərc olunub.
Tədqiqatda Parkinson xəstəliyinin yüngül və orta mərhələsində olan 294 nəfər iştirak edib. İştirakçıların orta yaşı 66 olub. Onların vəziyyəti yeddi ilədək izlənilib və hər il yaddaş, düşünmə qabiliyyəti və hərəkət pozuntularının səviyyəsi qiymətləndirilib.
İştirakçılar fiziki aktivliyə sərf etdikləri vaxta görə üç qrupa bölünüb: həftədə dörd saata qədər, dörd-səkkiz saat və səkkiz saatdan çox.
Araşdırmada yalnız idman məşqləri deyil, sürətli yerimə, üzgüçülük, ev işləri və gündəlik digər fiziki fəaliyyətlər də nəzərə alınıb.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 08 Oktyabr 2026 20:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















