Icma.az
close
up
RU
İnsan nəyə maraq göstərirsə, zamanla onu özü üçün dəyərə çevirir PSİXOLOQ DANIŞDI

İnsan nəyə maraq göstərirsə, zamanla onu özü üçün dəyərə çevirir PSİXOLOQ DANIŞDI

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Düşünürəm ki, bu məsələ barədə cəmiyyət olaraq düşünməliyik. Yəni həm satan, həm də alan tərəf məsuliyyət hiss etməlidir. Satıcı düşünməlidir ki, zərərli və uyğun olmayan məhsulları satmaqla öz cəmiyyətinə və xalqına zərər vurur. Bu baxımdan bazara daxil olan məhsullara ciddi nəzarət olunmalıdır. Əgər nəzarət düzgün və effektiv həyata keçirilsə, problemlərin ikinci mərhələsi – valideynlərə çatan mərhələ – daha asan həll edilə bilər. Hər kəs öz üzərinə düşən məsuliyyəti vaxtında və düzgün yerinə yetirsə, hamının yükü daha yüngül olar". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fərqanə Mehmanqızı deyib.

Onun sözlərinə görə, valideynlərə isə tövsiyə edərdim ki, aldıqları oyuncaqların hansı obrazı və ya cizgi film qəhrəmanını təmsil etdiyini araşdırsınlar: "İlk növbədə həmin obrazın iştirak etdiyi filmə baxmaq, onun xarakterini anlamaq lazımdır. Valideynlər uşaqlarının baxdığı cizgi filmlərini izləməli, oradakı qəhrəmanların hansı davranışları nümayiş etdirdiyini dərk etməlidirlər. Çünki bu qəhrəmanlar uşağın şüuraltına təsir edir. Uşaq həmin obrazın davranışlarını mənimsəyir, təqlid edir və zamanla bu davranışlar onun şəxsiyyətinin bir hissəsinə çevrilə bilər.

Uşağın xarakteri əsasən 8 yaşına qədər formalaşır. Biz bu dövrdə uşağa hansı dəyərləri aşılamışıqsa, 12-13 yaşından sonra həmin dəyərlərin nəticələri daha aydın şəkildə üzə çıxır. Ona görə də valideynlər aldıqları oyuncaqları yalnız vizual görünüşünə görə deyil, onların simvolizə etdiyi obrazlara və mesajlara görə də qiymətləndirməlidirlər. Əgər bir obrazın mənfi xüsusiyyətləri varsa, uşaqla bu barədə danışmaq, ona bu davranışların niyə doğru olmadığını izah etmək çox vacibdir. Beləcə, uşaq həmin oyuncağa maraq göstərməyəcək və ondan uzaq durmağı özü qərar verəcək".

Psixoloq həmçinin qeyd edir ki, unutmaq olmaz ki, insan nəyə maraq göstərirsə, zamanla onu özü üçün dəyərə çevirir: "Ən vacibi isə budur: bu gün bir çox valideynlər cəmiyyətin öyrətdiyi "ailə qur, uşaq sahibi ol" qaydası ilə valideyn olurlar. Amma az adam düşünür ki, mən psixoloji və elmi baxımdan valideyn olmağa hazırammı? Mənim bilik və savadım övlad yetişdirmək üçün yetərlidirmi?

Unutmayaq ki, biz cəmiyyətə sağlam, həm psixoloji, həm də fiziki baxımdan güclü şəxsiyyətlər bəxş etmək istəyiriksə, bu cür incə və mühüm detallara diqqət yetirməliyik. Bu sahədə kifayət qədər maarifləndirici videolar, məqalələr, platformalar mövcuddur. Sadəcə olaraq valideynlər bir az daha maraq göstərməli və məsuliyyətli davranmalıdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Aprel 2025 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri